Böyük Britaniyanın baş naziri getmək istəyir
Böyük Britaniyanın baş naziri Keir Starmer öz təşəbbüsü ilə istefa verməyi planlaşdırır. Bu barədə Britaniyanın Daily Mail-in jurnalisti Den Hodces hökumətdəki mənbələrə istinadən məlumat yayıb “Keyr (Starmer) mövcud siyasi vəziyyəti başa düşür”, - mənbə bildirib. Onun sözlərinə görə, baş nazir və

Böyük Britaniyanın baş naziri Keir Starmer öz təşəbbüsü ilə istefa verməyi planlaşdırır. Bu barədə Britaniyanın Daily Mail-in jurnalisti Den Hodces hökumətdəki mənbələrə istinadən məlumat yayıb “Keyr (Starmer) mövcud siyasi vəziyyəti başa düşür”, - mənbə bildirib. Onun sözlərinə görə, baş nazir vəzifədən getmək niyyəti barədə artıq yaxın ətrafına məlumat verib, həmçinin vəzifədən getmə qrafikini də müəyyənləşdirib. Lakin mənbə dəqiq vaxt göstərməyib Mayın 7-də bələdiyyə seçkilərinin nəticələrinə görə, Leyboristlər Partiyası 1,5 mindən çox mandatını itirib. Bunun ardınca 80-dən çox leyborist deputat - fraksiyanın 20%-i Key Starmeri istefaya çağırıb. Baş nazir isə bunun ölkəni xaosa sürükləyəcəyinə inanaraq postunu tərk etməkdən imtina edib. Böyük Britaniya hökumətinin bir neçə üzvü, o cümlədən Səhiyyə Nazirliyinin rəhbəri, Əmək Partiyasının rəhbəri postuna potensial namizədlərdən biri olan Ues Stritinq istefa verib


