Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan təmsilçisi finaldan kənarda qalıb

Mayın 14-də Vyanada “Eurovision 2026” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb Azərbaycan təmsilçisi Cəmilə Həşimova ikinci yarımfinalın nəticələrinə görə müsabiqənin finalına vəsiqə qazana bilməyib Ümumilikdə 15 ölkədən iştirakçılar finalda qalan on yer uğrunda mübarizə aparıblar. Avst

0 baxışhaqqin.az
Azərbaycan təmsilçisi finaldan kənarda qalıb
Paylaş:

Mayın 14-də Vyanada “Eurovision 2026” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb Azərbaycan təmsilçisi Cəmilə Həşimova ikinci yarımfinalın nəticələrinə görə müsabiqənin finalına vəsiqə qazana bilməyib Ümumilikdə 15 ölkədən iştirakçılar finalda qalan on yer uğrunda mübarizə aparıblar. Avstraliya, Albaniya, Bolqarıstan, Danimarka, Kipr, Malta, Norveç, Rumıniya, Ukrayna və Çexiya təmsilçiləri finala yüksəliblər Ermənistan, Latviya, Lüksemburq və İsveçrədən olan iştirakçılar da finaldan kənarda qalıblar Ümumilikdə “Eurovision 2026”nın finalında 25 ölkədən nümayəndə iştirak edəcək. Onlardan 10-u birinci yarımfinalın nəticələrinə əsasən məlum olub. Finalın beş iştirakçısı hələ müsabiqə başlamazdan əvvəl məlum idi: əvvəlki Eurovision-un qalibi kimi Avstriya, həmçinin Böyük Britaniya, Almaniya, İtaliya və Fransa Eurovision-un təşkilatçısı olan Avropa Yayım Birliyinə (EBU) ən böyük donorlar kimi. Final şənbə günü, mayın 16-da baş tutacaq

Kaynak: haqqin.az

Diğer Haberler