Tenqri
Ana Səhifə
Dünya

“Azərişıq” ASC-nin nümayəndələri “Retail Networks” MMC-nin nümayəndə heyəti ilə görüşüblər - foto

Sahibkarların rahat fəaliyyətini təmin etmək və onları yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə “Azərişıq” ASC-nin nümayəndələri “Pərakəndə Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin üzvləri ilə görüşüblər. Görüşdə “Azərişıq” ASC ilə “Pərakəndə Ticarət Şəbəkələrinin İnk

0 baxışhaqqin.az
“Azərişıq” ASC-nin nümayəndələri “Retail Networks” MMC-nin nümayəndə heyəti ilə görüşüblər - foto
Paylaş:

Sahibkarların rahat fəaliyyətini təmin etmək və onları yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə “Azərişıq” ASC-nin nümayəndələri “Pərakəndə Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin üzvləri ilə görüşüblər. Görüşdə “Azərişıq” ASC ilə “Pərakəndə Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Qarşılıqlı fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran müxtəlif suallar ətraflı cavablandırılıb. Həmçinin İctimai Birliyə üzv olan iri ticarət şəbəkələrinin nümayəndələri ilə elektrik şəbəkəsinə qoşulma və elektrik enerjisindən istifadə qaydaları ilə bağlı maarifləndirici söhbət aparılıb Tədbirdə “Azərişıq” ASC tərəfindən təqdim olunan elektron xidmətlər, o cümlədən regionlarda mütəmadi olaraq sahibkarlar və vətəndaşlarla keçirilən görüşlər barədə məlumat verilib. İctimai Birliyin tərkibinə daxil olan sahibkarlıq subyektlərinin nümayəndələri belə görüşlərin qarşılıqlı əlaqələrin inkişafında, eləcə də sahibkarlar tərəfindən elektrik enerjisindən istifadə zamanı elektrik enerjisi təchizatının keyfiyyətinin və dayanıqlığının daha da yüksəldilməsində xüsusi rolunu vurğulamışlar Qeyd edək ki, “Azərişıq” ASC respublikanın bütün bölgələrində maarifləndirici tədbirlər və görüşlər keçirməkdə davam edir. Məqsəd abonentləri dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin etmək və elektrik enerjisi itkilərini minimuma endirməkdir

Kaynak: haqqin.az

Diğer Haberler