YUNESKO nümayəndəsi mənzilin qadınların həyatında rolundan danışdı
Qadınlar üçün mənzil təhlükəsizlik, iqtisadi müstəqillik və ictimai həyatda tam iştirak etmək imkanı deməkdir "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Qadınlar Assambleyasında YUNESKO-nun gender məsələləri üzrə departamentinin rəh

Qadınlar üçün mənzil təhlükəsizlik, iqtisadi müstəqillik və ictimai həyatda tam iştirak etmək imkanı deməkdir "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Qadınlar Assambleyasında YUNESKO-nun gender məsələləri üzrə departamentinin rəhbəri, Madrid Texniki Universitetinin professoru İnes Sançes de Madariaga deyib Onun sözlərinə görə, təhlükəsiz mənzilin olmaması qadınları daha həssas edir. Ona görə də mənzil təkcə fiziki sığınacaq deyil. Qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan qadınlar üçün əlverişli mənzil problemi xüsusilə aktualdır "Qadınlar şəhərlərin və ictimai həyatın əsas iştirakçılarıdır. Gənc qadınları və həssas qrupların üzvlərini dəstəkləmək xüsusilə vacibdir. Qadınlar şəhər planlaşdırılmasında fəal iştirak etməlidirlər. Biz həmçinin yerli qadın təşkilatlarına və genderə həssas büdcəyə daha güclü dəstək verməyə çağırırıq "dedi Madariaga

