Tenqri
Ana Səhifə
Dünya

BMT nümayəndəsi: Ən böyük şəhərlərin yarısı artıq su qıtlığından əziyyət çəkir

2030-cu ilə qədər dünya şəhərlərində su ehtiyatlarına təzyiq artmaqda davam edəcək "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində BMT baş katibinin su məsələləri üzrə xüsusi nümayəndəsi Retno Marsudi Qlobal Su Operatorları Tərəfdaşlığın

0 baxışcaliber.az
BMT nümayəndəsi: Ən böyük şəhərlərin yarısı artıq su qıtlığından əziyyət çəkir
Paylaş:

2030-cu ilə qədər dünya şəhərlərində su ehtiyatlarına təzyiq artmaqda davam edəcək "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində BMT baş katibinin su məsələləri üzrə xüsusi nümayəndəsi Retno Marsudi Qlobal Su Operatorları Tərəfdaşlığının (GWOPA) Assambleyasında deyib Onun sözlərinə görə, su və kanalizasiyaya çıxışla bağlı qlobal problem aktual olaraq qalır: “Dünyada 2,2 milyard insanın təhlükəsiz içməli suya, 3,5 milyard insanın isə təhlükəsiz kanalizasiya xidmətlərinə çıxışı yoxdur” Bununla belə, o qeyd edib ki, bu sahədə irəliləyiş əldə olunub: “2015-ci ildən indiyədək 961 milyon insan təhlükəsiz içməli suya, 1,2 milyard insan təhlükəsiz kanalizasiyaya, 1,6 milyard insan əsas gigiyena xidmətlərinə çıxış əldə edib” Marsudi həmçinin qeyd edib ki, urbanizasiya su ehtiyatlarına təzyiqi artırır "Dünyanın 100 ən böyük şəhərinin yarısı artıq yüksək səviyyədə su stressi ilə üzləşib. 2030-cu ilə qədər dünya əhalisinin 60%-dən çoxu şəhərlərdə yaşayacaq və bu da şəhərlərin su ehtiyatlarına əlavə təzyiq göstərəcək. Bu kontekstdə su təchizatı operatorları və kommunal xidmətlər su sektorunda kollektiv səylərin əsası kimi mühüm rol oynayır", - o vurğulayıb

Kaynak: caliber.az

Diğer Haberler

Представитель ООН: Половина крупнейших городов уже страдает от дефицита воды | Caliber.Az | Tenqri