Tenqri
Ana Səhifə
Dünya

Keniya nümayəndəsi: Azərbaycan Afrika üçün çox güclü tərəfdaşdır

Azərbaycan beynəlxalq tədbirlərin təşkili baxımından böyük ölkədir. Mən də COP29 zamanı burada olmuşam və bu, heyrətamiz bir təcrübə idi. Bu dəfə komandamızla yenidən Bakıya qayıtdıq və gördüklərim bir daha məni çox təsirləndirdi Bu barədə AZƏRTAC -a səfirin müavini və Keniyanın BMT-nin İnsan Məskə

0 baxışcaliber.az
Keniya nümayəndəsi: Azərbaycan Afrika üçün çox güclü tərəfdaşdır
Paylaş:

Azərbaycan beynəlxalq tədbirlərin təşkili baxımından böyük ölkədir. Mən də COP29 zamanı burada olmuşam və bu, heyrətamiz bir təcrübə idi. Bu dəfə komandamızla yenidən Bakıya qayıtdıq və gördüklərim bir daha məni çox təsirləndirdi Bu barədə AZƏRTAC -a səfirin müavini və Keniyanın BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) yanında daimi nümayəndəliyinin daimi nümayəndəsinin müavini Beatris Karaqo demişdir Onun fikrincə, Bakı kimi platformalar dünyanın müxtəlif regionları arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm rol oynayır O, Azərbaycanla Afrika ölkələri arasında BMT-Habitat çərçivəsində əməkdaşlıq mövzusuna toxunaraq, ölkəmizin bu istiqamətdə fəal rol oynadığını vurğulayıb: "Azərbaycan BMT-Habitat proqramı çərçivəsində Afrika və ümumilikdə dünya üçün çox güclü tərəfdaşdır. Xüsusilə, Azərbaycanın Adekvat Mənzil Təminatı üzrə Açıq İşçi Qrupunda iştirakı vacibdir" B.Karaqonun sözlərinə görə, bu işçi qrupunun birinci sessiyasının həmsədrləri Keniya və Fransa olub, daha sonra Azərbaycan Somali ilə birlikdə bu missiyanı davam etdirib: "Hazırda Azərbaycan və Somali Adekvat Mənzillə bağlı Açıq İşçi Qrupunun həmsədrləridir. Bu istiqamət BMT-Habitat-ın əsas mandatlarından biri hesab olunur" Diplomat əlavə edib ki, Afrika ölkələri gələcəkdə Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə ümid edir: “Biz Azərbaycanla, xüsusən də BMT-Habitat strateji planı çərçivəsində verilən vədlərin həyata keçirilməsi istiqamətində sıx əməkdaşlığı səbirsizliklə gözləyirik”

Kaynak: caliber.az

Diğer Haberler