Tenqri
Ana Səhifə
Dünya

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri: Rəqəmsal transformasiyaya xüsusi diqqət yetiririk

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində artıq transformasiya prosesinin birinci mərhələsi başa çatıb. Transformasiya çərçivəsində xüsusi diqqət yetirdiyimiz məsələlərdən biri də rəqəmsal transformasiyadır. Ümumiyyətlə, dəmir yolunun özü konservativ sektordur. Burada hər hansı yeniliyi

0 baxışcaliber.az
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri: Rəqəmsal transformasiyaya xüsusi diqqət yetiririk
Paylaş:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində artıq transformasiya prosesinin birinci mərhələsi başa çatıb. Transformasiya çərçivəsində xüsusi diqqət yetirdiyimiz məsələlərdən biri də rəqəmsal transformasiyadır. Ümumiyyətlə, dəmir yolunun özü konservativ sektordur. Burada hər hansı yeniliyin tətbiqi onların uzun illər sınaqdan keçirilməsini tələb edir Bunu “Azərbaycan Dəmir Yolları” (AZD) QSC-nin sədri Rövşən Rüstəmov REAL və AZƏRTAC telekanallarına müsahibəsində deyib Onun sözlərinə görə, konservatizm və rəqəmsallaşma arasında balansın qorunmasında əsas məqsəd həm yük sahiblərini, həm müştəriləri, həm də sərnişindaşıma seqmentində müştəriləri daha müasir və sərfəli xidmətlərlə təmin etməkdir "Bununla bağlı yükdaşıma sektorunda ciddi rəqəmsal həllərimiz var. Şəffaflıq və sürətin müştəri üçün prioritet məsələlərdən olduğunu nəzərə alsaq, tarif kalkulyatorunun işə salınması müştərilərin logistik ehtiyaclarını daha dəqiq planlaşdırmağa imkan verdi. Bundan əlavə, daha bir vacib məqam yük sahiblərinin həm idxal, həm də ixrac zamanı elektron imza vasitəsilə xidmətlərdən istifadə edə bilmələridir. Bir sıra digər dəmir yolu idarələri ilə birlikdə malların sənədsiz daşınmasını həyata keçiririk. Biz bu prosesi artıq Rusiya Dəmir Yolları ilə tamamlamışıq və hazırda Qazaxıstan Dəmir Yolları ilə işlərimiz davam edir Müştərilər Çindən Avropaya qədər yüklərinin yerini görmək və onun çatma vaxtı ilə bağlı proqnozlar almaq imkanı verir”

Kaynak: caliber.az

Diğer Haberler