Tenqri
Ana Səhifə
Dünya

Xərçəng Mərkəzində partlayış nəticəsində xəsarət alan həkim dünyasını dəyişib

Milli Xərçəng Mərkəzində partlayış nəticəsində ağır xəsarət alan həkim-radioloq Asif Nəsirli dünyasını dəyişib Səhiyyə Nazirliyi bununla bağlı başsağlığı verib Yada salaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, xərçəng xəstəsi kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əl

0 baxışhaqqin.az
Xərçəng Mərkəzində partlayış nəticəsində xəsarət alan həkim dünyasını dəyişib
Paylaş:

Milli Xərçəng Mərkəzində partlayış nəticəsində ağır xəsarət alan həkim-radioloq Asif Nəsirli dünyasını dəyişib Səhiyyə Nazirliyi bununla bağlı başsağlığı verib Yada salaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, xərçəng xəstəsi kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əliyev adıçəkilən tibb müəssisəsinin radiologiya şöbəsində qanunsuz əldə etdiyi partlayıcı qurğunu işə salıb və bununla da həkim Asif Nəsirlini qəsdən öldürməyə cəhd edib. Partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən yerindəcə keçinib. Faktla bağlı Yasamal rayon prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 29, 120.1-ci (ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb

Kaynak: haqqin.az

Diğer Haberler