ABŞ səfirliyi İsrail nazirinə viza vermək üçün “qeyri-adi” prosedurdan istifadə edir
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir viza almaqda çətinlik çəkdiyi üçün ABŞ-a planlaşdırılan səfərini ləğv etmək məcburiyyətində qalıb “Haaretz”in məlumatına görə, Ben-Qvir israilli iş adamı Yaakov Elhararın qızının toyunda iştirak etmək, həmçinin diplomatik görüş keçirmək üçün ABŞ

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir viza almaqda çətinlik çəkdiyi üçün ABŞ-a planlaşdırılan səfərini ləğv etmək məcburiyyətində qalıb “Haaretz”in məlumatına görə, Ben-Qvir israilli iş adamı Yaakov Elhararın qızının toyunda iştirak etmək, həmçinin diplomatik görüş keçirmək üçün ABŞ səfirliyinə viza almaq üçün müraciət edib Nəşrin məlumatına görə, nazir viza prosedurları çərçivəsində barmaq izlərini təqdim etmək üçün ABŞ səfirliyinə dəvət olunduqdan sonra səfərini ləğv edib İsrail mediası vurğulayır ki, Ben-Qvir də digər nazirlər kimi diplomatik viza almaq hüququna malikdir, lakin ABŞ səfirliyi nazirin barmaq izlərini tələb edən “qeyri-adi” prosedurdan istifadə edib Ben-Qvirin ofisi daha əvvəl təsdiqləmişdi ki, ABŞ-ın İsraildəki səfirliyi ondan viza üçün barmaq izlərini təqdim etməyi tələb edir


