Tenqri
Ana Səhifə
Dünya

Səfir Trampın siyasəti ilə razılaşmır: istefa verir

ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Culi Devis prezident Donald Trampla fikir ayrılığına görə vəzifəsini tərk edəcək, Financial Times mənbələrə istinadən yazır Devis artıq Dövlət Departamentini istefası barədə məlumatlandırıb və 30 illik karyerasını bitirərək xarici xidmətdən təqaüdə çıxmağı

0 baxışhaqqin.az
Səfir Trampın siyasəti ilə razılaşmır: istefa verir
Paylaş:

ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Culi Devis prezident Donald Trampla fikir ayrılığına görə vəzifəsini tərk edəcək, Financial Times mənbələrə istinadən yazır Devis artıq Dövlət Departamentini istefası barədə məlumatlandırıb və 30 illik karyerasını bitirərək xarici xidmətdən təqaüdə çıxmağı planlaşdırır. Səfir Kiyevə prezident tərəfindən dəstək verilməməsindən məyus olub, mənbələr izah ediblər Kiprdə səfir kimi də fəaliyyət göstərən Devis prezidentin iş adamı və respublikaçı donor Con Breslounun Kiprdəki növbəti səfir vəzifəsinə namizədliyini irəli sürməsi qərarına təəccüblənib. Bu barədə ona əvvəlcədən xəbərdarlıq edilməyib Dövlət Departamenti Financial Times-a bu məlumatları təsdiqləməyib: “Səfir Julie S. Davis 5 may 2025-ci ildə ABŞ-ın Kiyevdəki səfirliyində müvəqqəti işlər vəkili vəzifəsini icra edib və bu vəzifədə qalır.” Tramp Devisi ötən ilin yazında ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili təyin edib. O, eyni vaxtda vəzifəsini tərk edən səfir Bridcet Brinki əvəz edib. Brink bu vəzifəni 2022-ci ilin mayından tuturdu, keçmiş prezident Co Baydenin administrasiyası dövründə Kiyevdəki diplomatik missiyaya rəhbərlik edir və ABŞ-ın Ukraynaya hərbi yardımının tərəfdarı olub Devis əvvəllər ABŞ-ın Belarus üzrə xüsusi elçisi, dövlət katibinin Qərbi Avropa və Aİ məsələləri üzrə köməkçisinin müavini və ABŞ-ın NATO-dakı daimi nümayəndəsinin müavini vəzifələrində çalışıb

Kaynak: haqqin.az

Diğer Haberler