Avropa İttifaqının səfiri: Bu il Azərbaycan və Aİ üçün xüsusilə vacibdir
Builki Aİ-nin ənənəvi “Avropa şəhərciyi” tədbiri iyun ayında Gəncə şəhərində keçiriləcək "Report"un məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kujundziç Avropa Günü münasibətilə keçirilən tədbirdə deyib "Bu il bizim ənənəvi "Avropa şəhərciyi" tədbirimiz iyun ayında gö

Builki Aİ-nin ənənəvi “Avropa şəhərciyi” tədbiri iyun ayında Gəncə şəhərində keçiriləcək "Report"un məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kujundziç Avropa Günü münasibətilə keçirilən tədbirdə deyib "Bu il bizim ənənəvi "Avropa şəhərciyi" tədbirimiz iyun ayında gözəl Gəncə şəhərində baş tutacaq. Mən sizin hər birinizi bu tədbirə dəvət etmək istəyirəm və ümid edirəm ki, bir neçə həftədən sonra hamımız orada görüşəcəyik", - səfir bildirib O qeyd edib ki, bu il Azərbaycan və Aİ üçün xüsusilə vacibdir, çünki tərəflər “etimada, sabitliyə və ortaq rifaha əsaslanan” tərəfdaşlığın 30-cu ildönümünü qeyd edirlər Kuyundjiç həmçinin Ukraynaya humanitar yardıma görə Azərbaycana təşəkkür edib Səfir vurğulamışdır ki, Aİ Avropadan kənarda sülh, sabitlik və beynəlxalq hüququ dəstəkləməyi öz təhlükəsizliyinin vacib hissəsi hesab edir. Onun sözlərinə görə, buna görə də Avropa İttifaqı Cənubi Qafqazın sabitliyini və rifahını təhlükəsizlik baxımından, tərəflərin gələcəyini isə bir-biri ilə əlaqəli hesab edir O qeyd edib ki, Aİ Azərbaycan və Ermənistan arasında sülh prosesinə, o cümlədən Aİ-nin artıq ən böyük donor olduğu nəqliyyat infrastrukturunun inkişafı və minalardan təmizləmə təşəbbüsləri vasitəsilə dəstəyini davam etdirəcək Kuyundziç onu da bildirib ki, Naxçıvanda İrana məxsus pilotsuz uçan aparatla bağlı son insidentdən sonra Aİ Bakıya birmənalı dəstək verib. Onun sözlərinə görə, bu hadisədən az sonra Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta Azərbaycana səfər edərək Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirib

.jpg&w=2048&q=70)
