Braziliya səfiri: Azərbaycanın təcrübəsini öyrənəcəyik
Azərbaycanda keçirilən Ümumdünya Şəhər Forumunun (WUF13) on üçüncü sessiyası Yeni Şəhər Gündəliyinə yenidən baxılmasından bir neçə ay əvvəl keçirildiyi üçün mühüm hadisədir. Bu, Nyu-Yorkda müzakirə olunacaq bütün məsələlərin müzakirəsi baxımından çox vacibdir. Bundan əlavə, bu hadisə yenidənqurma tə

Azərbaycanda keçirilən Ümumdünya Şəhər Forumunun (WUF13) on üçüncü sessiyası Yeni Şəhər Gündəliyinə yenidən baxılmasından bir neçə ay əvvəl keçirildiyi üçün mühüm hadisədir. Bu, Nyu-Yorkda müzakirə olunacaq bütün məsələlərin müzakirəsi baxımından çox vacibdir. Bundan əlavə, bu hadisə yenidənqurma təcrübəsini nümayiş etdirir - dağıdılmadan bərpaya qədər AZƏRTAC xəbər verir ki, bu sözləri Braziliyanın Yamaykadakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz WUF13 çərçivəsində jurnalistlərlə söhbətində deyib "Biz Azərbaycanın təcrübəsini öyrənəcəyik. Braziliya da toplanmış təcrübəsini təqdim edəcək. Bizi ümumi anlaşma birləşdirir ki, layiqli mənzillə təminat ləyaqət, bərabərlik və ədalət prinsiplərinə əsaslanmalıdır. Ekoloji faktor da nəzərə alınmalıdır. Çünki iqlim böhranı ən çox əhalinin aztəminatlı və həssas təbəqələrini vurur. Düşünürəm ki, bu, müzakirə olunacaq əsas mövzular olacaq"


