Tenqri
Ana Səhifə
Dünya

“Son zəng”: məktəblərə göndərilən təlimatlar

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq göstərişinə uyğun olaraq iyunun 13-də bütün dövlət təhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri keçiriləcək Təlimatda qeyd olunur ki, məktəblərə “Son zəng” tədbirinin keçirilməsi qaydasını tənzimləyən təlimatlar göndərilib, bu tələ

0 baxışhaqqin.az
“Son zəng”: məktəblərə göndərilən təlimatlar
Paylaş:

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq göstərişinə uyğun olaraq iyunun 13-də bütün dövlət təhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri keçiriləcək Təlimatda qeyd olunur ki, məktəblərə “Son zəng” tədbirinin keçirilməsi qaydasını tənzimləyən təlimatlar göndərilib, bu tələblərdən irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılıb Təlimatlara əsasən, tədbir məktəb ərazisində, belə ərazisi olmayan təhsil müəssisələrində isə idman və ya akt zalında keçirilməlidir. “Son zəng” səhər saat 08:00, 09:00 və ya 10:00-da başlamalı və iki saatdan gec olmayaraq bitməlidir Şagirdlər tədbirdə məktəbli formasında iştirak etməlidirlər. Məzunların xarici görünüşü səliqəli olmalı və təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun olmalıdır. Musiqi zövqünün istifadəsinə icazə verilmir Tədbir üçün milli-mənəvi dəyərlərə uyğun, rəsmi və bədii hissələrdən ibarət ssenari hazırlanmalıdır. Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamalı, bundan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilməlidir Təşkilat və idarələrin nümayəndələri üçün xüsusi hazırlıq tədbirləri olmamalıdır; masalarda ancaq içməli su olmalıdır. Bu şəxslərə hədiyyələr və gül dəstələri vermək qadağandır Tədbirin bədii hissəsi yalnız məktəbin daxili imkanları hesabına təşkil edilməlidir

Kaynak: haqqin.az

Diğer Haberler