OPEK-dən ayrıldıqdan sonra Əmirliklər bazarı neftlə doldurdu
Kpler və Vortexa gəmi izləmə sistemlərinin məlumatlarına istinadən Reuters xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri OPEK-dən çıxdıqdan qısa müddət sonra xam neft və kondensat ixracını rekord səviyyəyə çatdırıb BƏƏ neft və kondensat ixracını iyun ayında sutkada 3,7 milyon barelə çatdıraraq rekord

Kpler və Vortexa gəmi izləmə sistemlərinin məlumatlarına istinadən Reuters xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri OPEK-dən çıxdıqdan qısa müddət sonra xam neft və kondensat ixracını rekord səviyyəyə çatdırıb BƏƏ neft və kondensat ixracını iyun ayında sutkada 3,7 milyon barelə çatdıraraq rekord həddə çatıb və Yaxın Şərqdəki münaqişədən əvvəl əldə edilən 3,1-3,3 milyon barel/gün səviyyəsindən yüksək olaraq qalır. Vortexa-nın hesablamalarına görə, iyunun 1-dən iyunun 29-dək Əbu-Dabiyə neft nəqlinin həcmi sutkada 4 milyon barelə çatıb Analitiklər qeyd edirlər ki, BƏƏ ehtiyatlarının bir hissəsini ixrac edir və bu, yüksək tədarük həcmini saxlamağa kömək edir Asiya Abu Dabi Milli Neft Şirkətinin (ADNOC) əsas tədarük istiqamətlərindən biri olmaqda davam edir. Bununla belə, Afrika, ABŞ-ın Qərb Sahilləri, Şimal-Qərbi Avropa və Aralıq dənizi də daxil olmaqla Süveyş kanalının qərbində də tələbat artıb


