Tenqri
Ana Səhifə
İqtisadiyyat

Qazaxıstanın Alatau əhalisi 2050-ci ilə qədər 1,87 milyon nəfərə çatacaq - ekspert

BAKI, Azərbaycan, 22 may. 2050-ci ilə qədər Alatau şəhərinin (Qazaxıstan) əhalisinin 1,87 milyon nəfərə çatması planlaşdırılır. Bu barədə "Almatı regionunun baş planı" MMC-nin direktoru Arseni Pirojkov "Mərkəzi Asiyanın yeni paytaxtları və yeni şəhərləri. Suya Həssas Şəhərsalma və Yenidənqurma işlər

0 baxıştrend.az
Qazaxıstanın Alatau əhalisi 2050-ci ilə qədər 1,87 milyon nəfərə çatacaq - ekspert
Paylaş:

BAKI, Azərbaycan, 22 may. 2050-ci ilə qədər Alatau şəhərinin (Qazaxıstan) əhalisinin 1,87 milyon nəfərə çatması planlaşdırılır. Bu barədə "Almatı regionunun baş planı" MMC-nin direktoru Arseni Pirojkov "Mərkəzi Asiyanın yeni paytaxtları və yeni şəhərləri. Suya Həssas Şəhərsalma və Yenidənqurma işləri çərçivəsində" adlı sessiyada bildirib. Trend xəbər verir ki, WUF13 "2050-ci ilə qədər Alatau şəhərinin əhalisinin 1,87 milyon nəfərə çatması planlaşdırılır. Həmçinin bir milyon iş yerinin yaradılması gözlənilir və bundan əlavə, biz çoxlu sayda turist cəlb etməyi gözləyirik", - o deyib Pirojkov qeyd edib ki, şəhər dörd rayona bölünəcək "Aşağı hissədə yerləşən və Almatıya bitişik olan birinci rayon Qapı rayonu adlanır. O, ilk növbədə biznes ictimaiyyətinə yönəlib: burada biznes mərkəzləri, otellər, bank ofisləri və digər korporativ infrastruktur obyektləri yerləşəcək Növbəti rayon Qızıl Rayondur. O, ilk növbədə tələbələrə yönələcək: burada tələbə şəhərciklərinin və tibb klasterlərinin yaradılması nəzərdə tutulur. Daha yuxarıda Böyüyən Rayon yerləşir. Bu rayon şəhərin maddi-texniki və sənaye potensialının inkişafına yönəlib. Oradan artıq tikilmiş və ərazini birbaşa Çinlə birləşdirən dəmir yolu keçir. Bundan əlavə, bu marşrut üzrə yeni hava limanının tikintisi nəzərdə tutulur Sonuncu rayon Yaşıl rayondur. O, rekreasiya və turizmin inkişafına yönəldiləcək. Hazırda bu ərazi inkişaf etməmişdir, lakin bundan artıq regionun və Almatı şəhərinin sakinləri istirahət üçün fəal şəkildə istifadə edirlər”, - deyə o bildirib Bu arada, bu gün Bakıda WUF13-ün final günü keçirilir Forumun ilk günündə Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhər rifahı ilə bağlı müzakirələr keçirilib. Forumda həmçinin BMT və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi keçirilib Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə yadda qalıb. Bu gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Həmçinin, WUF13 çərçivəsində Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün əsas platforma kimi təqdim edilən Mexiko şəhər pavilyonunun açılışı olub WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qaldı. Bu gün müzakirələr qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin yaradılması, iqlimə davamlılıq, süni intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzuları əhatə edib Üçüncü günün diqqət çəkən məqamlarından biri də Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaş şəhər sazişinin imzalanması olub WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişikliyi, inklüziv şəhər inkişafı, mənzil siyasəti və davamlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı təqdim etdi Forumun beşinci günündə qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin yaradılması, iqlimə davamlılıq, şəhər idarəetməsində süni intellektin istifadəsi, “yaşıl” urbanizasiya, sosial bərabərlik kimi mövzular ətrafında müzakirələr davam etdirilib Dördüncü gün keçirilən Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Şəhərlər Forumunun əsas hadisələrindən biri Almatı şəhərinin “İqlim Dəyişikliyinə Dayanıqlı Ağıllı Şəhərlər üzrə SPECA Forumunun yaradılmasına dair Niyyət Bəyannaməsi”nə rəsmi qoşulmasının elan edilməsi oldu Həmçinin, WUF tarixində ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıq və Qərar Qəbuletmə” keçirilib “Dünyada yaşayış: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunmuş WUF13 Forumu davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirdi. Forumda iştirak etmək üçün 182 ölkədən 40 000-dən çox insan qeydiyyatdan keçib

Kaynak: trend.az

Diğer Haberler