Tenqri
Ana Səhifə
Dünya

Polkovnik İldırım və başqaları ağır cəzalar alıblar

Bakı Ağır Cinayətlər Məhkəməsində yarım milyon manatdan artıq dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırım, Dünya Azərbaycanlıları İctimai Maarifləndirmə Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən Dairə Seçk

0 baxışhaqqin.az
Polkovnik İldırım və başqaları ağır cəzalar alıblar
Paylaş:

Bakı Ağır Cinayətlər Məhkəməsində yarım milyon manatdan artıq dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırım, Dünya Azərbaycanlıları İctimai Maarifləndirmə Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən Dairə Seçki Komissiyasının keçmiş sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb haqqın.az-ın məlumatına görə, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, hökmə əsasən, Rasim İldırım 9 il 9 ay 14 gün, Zaur Mirzəzadə 10 il 3 ay 13 gün, Qoşqar Məmmədov isə 9 il 9 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. Hər üçü məhkəmə zalında həbs edilib Qeyd edək ki, yarım milyondan artıq vəsaiti oğurlanan Balakən rayon sakini Qurban Piriyev “Azəryolservis” ASC-nin Gürcüstan filialının keçmiş direktoru olub. Zərərçəkmiş şəxs əvvəllər dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışıb. Məlum olub ki, təqsirləndirilən şəxs Qurban Piriyevi rayonlardan birinə icra başçısı təyin edəcəyini vəd edərək aldadıb. Belə ki, Rasim İldırım Qoşqar Məmmədovu ona yüksək vəzifəli şəxs kimi təqdim edərək, bütün məsələləri həll edəcəyini bildirib Q.Piriyev icra başçısı təyin olunmaq üçün müxtəlif vaxtlarda R.İldırıma və digər şəxslərə dəyəri yarım milyon manatdan artıq pul vəsaiti, habelə 34 min manat dəyərində qızıl-zinət əşyaları verib Qeyd edək ki, R.İldırımın bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv edilmiş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir

Kaynak: haqqin.az

Diğer Haberler