Politoloq: Regionda sülh gündəliyinin formalaşmasında və inkişafında Azərbaycanın mühüm rolu var
Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən 8-ci Zirvə toplantısındakı çıxışı vaxt baxımından qısa olsa da, kifayət qədər məzmunlu idi. Çünki çıxışda Azərbaycanın mövqeyi aydın və dolğun şəkildə ifadə olundu Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə de

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən 8-ci Zirvə toplantısındakı çıxışı vaxt baxımından qısa olsa da, kifayət qədər məzmunlu idi. Çünki çıxışda Azərbaycanın mövqeyi aydın və dolğun şəkildə ifadə olundu Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib O bildirib ki, hazırda Azərbaycanın əsas rolu vasitəsilə regionda sülh gündəliyi irəliləyir və kommunikasiyaların açılması daha geniş regional inteqrasiyaya şərait yaradır “Azərbaycanın mövqeyinə görə, hazırda regionda sülh gündəliyi formalaşır və irəliləyir. Bu prosesin yaranmasında və inkişafında Azərbaycanın mühüm rolu var. Eyni zamanda, Ermənistan da bu prosesdə iştirak edir və onu dəstəkləyir. Avropa İttifaqının rəsmiləri və ayrı-ayrı ölkələr də sülh gündəliyinə dəstək nümayiş etdirirlər. Bu kontekstdə kommunikasiyaların açılması məsələsi xüsusi əhəmiyyət kəsb edir. Bu addım son nəticədə Ermənistanın regional iqtisadi və siyasi münasibətlər sisteminə inteqrasiyasına şərait yarada, həmçinin Avropanın regionla əlaqələrini daha da gücləndirə bilər. Sözügedən proses təkcə regionu deyil, eyni zamanda, Mərkəzi Asiyanı da əhatə edir. Bu baxımdan TRACECA layihəsinin xüsusi rolu vurğulanmalıdır”, - deyə politoloq qeyd edib İ.Vəlizadə diqqətə çatdırıb ki, bu müsbət proseslərin fonunda Avropanın iki aparıcı siyasi təsisatı, - Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası, - ənənəvi olaraq Azərbaycana qarşı mövqe sərgiləyir və dolayısı ilə sülh gündəliyinə zidd addımlar atırlar. Son illərdə qəbul edilən çoxsaylı qətnamələr göstərir ki, Avropada bu gündəliyi hamı dəstəkləmir. Əksinə, müəyyən nüfuzlu dairələrin erməni lobbisinin təsiri altında hərəkət etdiyi müşahidə olunur “Bu dairələr bir tərəfdən Ermənistanın Baş nazirinə dəstək verdiklərini bəyan edir, digər tərəfdən isə onun siyasi kursunun əsasını təşkil edən sülh gündəliyinə zərbə vururlar. Belə ikili yanaşma anlaşılan deyil. Həmin qətnamələrdə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin məhdudlaşdırılması, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığa yenidən baxılması kimi çağırışlar yer alır. Bu isə Avropa İttifaqının mövcud siyasəti ilə, həmçinin ayrı-ayrı üzv dövlətlərin Azərbaycan və Cənubi Qafqazla bağlı kursu ilə ziddiyyət təşkil edir. Belə ziddiyyətli yanaşmaların və bəyanatların səsləndirilməsi, qətnamələrin qəbul edilməsi məqsədəuyğun deyil. Prezident İlham Əliyev də çıxışında açıq şəkildə vurğuladı ki, Azərbaycan bu cür yanaşmalarla barışa bilməz. Bu, təkcə Azərbaycanın mövqeyinə deyil, ümumi məntiqə zidd bir vəziyyətdir. Bir tərəfdən Avropa İttifaqının icra strukturları sülh gündəliyini dəstəkləyir və Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirirlər, digər tərəfdən isə qurumun bəzi institutları bunun əleyhinə çıxış edirlər. Avropa Parlamentinin sədri Roberta Metsolanın həmin tədbirdə səsləndirdiyi fikirlər də bu ziddiyyətli yanaşmanın nümunəsi kimi qiymətləndirilə bilər”, - deyə politoloq vurğulayıb Onun sözlərinə görə, digər tərəfdən, son hadisələr göstərir ki, Avropa İttifaqı Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. Sammit başa çatmamış İtaliyanın Nazirlər Şurasının sədri Ciorciya Meloninin Bakıya səfəri, həmçinin sammitdən dərhal sonra Avropa Komissiyasının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Kaya Kallasın Azərbaycana gəlişi bu marağın real təzahürüdür. Görüşlər zamanı tərəflər əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraq ifadə ediblər. Bütün bunlar göstərir ki, Avropa ilə Azərbaycan arasında münasibətlərin inkişafı konkret məntiqə və qarşılıqlı maraqlara əsaslanır. Lakin bəzi siyasi dairələrin təşəbbüsü ilə qəbul edilən qərəzli qətnamələr və bəyanatlar bu məntiqdən kənardır “Aydın görünür ki, anti-Azərbaycan xarakterli bu təşəbbüslərin arxasında müəyyən lobbi qrupları, o cümlədən erməni lobbisi dayanır və bu istiqamətdə uzun illərdir fəaliyyət göstərir. Bu təsir nəticəsində bəzi şəxslər və dairələr həmin qüvvələrin alətinə çevrilirlər. Bununla belə, aparıcı beynəlxalq institutların bu cür təsirlərə məruz qalması və alətə çevrilməsi qəbuledilməzdir və normal məntiqlə izah olunmur. Prezident İlham Əliyevin çıxışı da məhz bu məqamlara diqqət yönəldərək Azərbaycanın mövqeyini açıq şəkildə ortaya qoydu. Bu, eyni zamanda, açıq diskussiya mühitində verilmiş prinsipial mesaj kimi qiymətləndirilə bilər. Ümid etmək olar ki, Avropadakı siyasi dairələr bu mesajlardan nəticə çıxaracaq və daha balanslı yanaşma nümayiş etdirəcəklər”, - deyə İ.Vəlizadə əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


