Tenqri
Ana Səhifə
Dünya

Politoloq: Azərbaycan kənar müdaxilələrə rəğmən stabil inkişaf yolundan dönməyəcək

Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Zirvə toplantısındakı çıxışı Azərbaycanın həm regional sülhün praktiki icraçısı, həm də beynəlxalq ədalətsizliyə qarşı barışmaz tərəf kimi strateji mövqeyini nümayiş etdirdi Bunu AZƏRTAC-a açıqlamasında politoloq Fuad Kərimli deyib Onun sözlərinə g

0 baxışazertag.az
Politoloq: Azərbaycan kənar müdaxilələrə rəğmən stabil inkişaf yolundan dönməyəcək
Paylaş:

Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Zirvə toplantısındakı çıxışı Azərbaycanın həm regional sülhün praktiki icraçısı, həm də beynəlxalq ədalətsizliyə qarşı barışmaz tərəf kimi strateji mövqeyini nümayiş etdirdi Bunu AZƏRTAC-a açıqlamasında politoloq Fuad Kərimli deyib Onun sözlərinə görə, dövlətimizin başçısı sülhün artıq bir reallığa çevrildiyini konkret iqtisadi faktlarla əsaslandıraraq, Ermənistanla birbaşa ticarət əlaqələrinin başladığını, yanacaq ixracının həyata keçirildiyini və nəqliyyat blokadasının aradan qaldırıldığını diqqətə çatdırıb. Xüsusilə regional rifah üçün mühüm əhəmiyyət kəsb edən və Naxçıvanla əlaqəni təmin edəcək yeni logistik marşrutun Orta Dəhlizin tərkib hissəsi kimi təqdim edilməsi Azərbaycanın sülhü qlobal iqtisadi maraqlarla uzlaşdıran uzaqgörən siyasətin təzahürüdür “Eyni zamanda, çıxış bəzi Avropa təsisatlarının, xüsusilə Avropa Parlamentinin nümayiş etdirdiyi qərəzli mövqeyə qarşı kəskin diplomatik xarakter daşıyırdı. Ölkə Prezidenti Azərbaycanın suverenliyini bərpa etməsindən sonra bu qurumların sistematik təzyiq siyasətinə əl atmasını "ikili standartlar" adlandıraraq, rəsmi Bakının bu cür manipulyasiyaları qəbul etməyəcəyini qətiyyətlə bildirib. Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması və "Euronest"dən çıxış proseduruna başlanılması barədə verilən qərar ölkəmizin öz milli ləyaqətini və müstəqil siyasi kursunu hər hansı institusional üzvlükdən daha üstün tutduğunun bariz göstəricisidir”, - deyə politoloq əlavə edib F.Kərimli bildirib ki, Prezident İlham Əliyevin mesajları sülh prosesini sabotaj etmək istəyən xarici dairələrə qarşı bir xəbərdarlıq mahiyyəti daşıyır. Prezident bu platformadan istifadə edərək beynəlxalq birliyə çatdırdı ki, Azərbaycan kənar müdaxilələrə və dezinformasiyalara rəğmən regional inteqrasiya və stabil inkişaf yolundan dönməyəcək, lakin öz ərazi bütövlüyünə və suverenliyinə qarşı olan istənilən qərəzli addıma adekvat cavab verəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler