Tenqri
Ana Səhifə
Siyasət

Politoloq Milli Qurtuluş Gününü Azərbaycanın taleyini dəyişən dönüş nöqtəsi adlandırır

BAKI, Azərbaycan, 11 iyun. Milli Qurtuluş Günü Azərbaycanın taleyini dəyişən dönüş nöqtəsidir. Bunu Trend-ə politoloq Azər Qarayev deyib "Tarixdə elə günlər var ki, onlar sadəcə təqvimdəki tarix deyil, bütöv bir xalqın gələcəyini müəyyən edən dönüş nöqtəsidir. Azərbaycan üçün belə günlərdən biri d

0 baxıştrend.az
Politoloq Milli Qurtuluş Gününü Azərbaycanın taleyini dəyişən dönüş nöqtəsi adlandırır
Paylaş:

BAKI, Azərbaycan, 11 iyun. Milli Qurtuluş Günü Azərbaycanın taleyini dəyişən dönüş nöqtəsidir. Bunu Trend-ə politoloq Azər Qarayev deyib "Tarixdə elə günlər var ki, onlar sadəcə təqvimdəki tarix deyil, bütöv bir xalqın gələcəyini müəyyən edən dönüş nöqtəsidir. Azərbaycan üçün belə günlərdən biri də 15 İyun - Milli Qurtuluş Günüdür. Bu tarix təkcə siyasi hakimiyyətin dəyişməsi deyil. 15 iyun dövlətçiliyin qorunub saxlanması, milli birliyin təmin olunması, müstəqilliyə real mahiyyət qazandırması ilə bağlıdır 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan böyük çətinliklərlə üzləşdi. Sovet İttifaqının dağılmasından sonra ölkədə yeni idarəçilik sistemi formalaşmamış, iqtisadi münasibətlər pozulmuş, sosial vəziyyət daha da ağırlaşmışdı. Digər tərəfdən Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlar işğal olunub, minlərlə insan öz yurd-yuvasından didərgin düşüb Müstəqilliyin ilk illərində ölkədə yaranan siyasi qarşıdurmalar vəziyyəti daha da mürəkkəbləşdirirdi. Dövlət qurumları zəif idi, müxtəlif silahlı dəstələr fəaliyyət göstərirdi, mərkəzi hökumət proseslərə tam nəzarət edə bilmirdi. 1993-cü ilin yayında Azərbaycan faktiki olaraq ağır siyasi böhran mərhələsinə qədəm qoymuşdu. Ölkədə hakimiyyət boşluğu yaranmışdı və vətəndaş qarşıdurması təhlükəsi getdikcə artırdı”, - deyə o bildirib Onun sözlərinə görə, belə çətin bir dövrdə xalqın diqqəti böyük siyasi təcrübəyə malik Heydər Əliyevə yönəlib "Həmin dövrdə Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyev ölkədə sabitliyin və dövlətçiliyin qorunub saxlanmasının vacibliyini daim vurğulayırdı. Onun 1993-cü ilin iyununda Bakıya qayıtması Azərbaycanın ən yeni tarixində həlledici hadisə oldu İyunun 15-də Heydər Əliyevin parlamentin sədri seçilməsi ölkədə yeni siyasi mərhələnin başlanğıcı oldu. Bu tarix sonralar tarixə Milli Qurtuluş Günü kimi düşdü, çünki həmin dövrdə qəbul edilmiş qərarlar Azərbaycanın parçalanmaq təhlükəsindən xilas olmasına, dövlət idarəçiliyini bərpa etməyə, sabitliyi təmin etməyə imkan verdi Qurtuluş anlayışı təkcə böhrandan çıxış yolu demək deyildi. Söhbət həm də gələcəyin qurulması üçün möhkəm zəmin yaradılmasından gedirdi. Sonrakı illərdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, hüquqi bazanın formalaşdırılması, nizami ordu quruculuğu, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb”, - deyə analitik qeyd edib Ə.Qarayev qeyd edib ki, Azərbaycanın müasir inkişaf yolunun əsas istiqamətlərindən biri məhz həmin dövrdə müəyyən edilib "1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ölkənin iqtisadi imkanlarını genişləndirdi, xarici investisiyaların cəlb edilməsinə şərait yaratdı, Azərbaycanı beynəlxalq enerji xəritəsində mühüm mövqeyə gətirdi. Sonrakı illərdə həyata keçirilən iri enerji və nəqliyyat layihələri ölkənin iqtisadi müstəqilliyini daha da möhkəmləndirdi Milli Azadlıqdan sonra yaranmış siyasi sabitlik Azərbaycan dövlətinin güclənməsində həlledici rol oynadı. Məhz bu sabitlik ölkəyə uzunmüddətli inkişaf strategiyası qurmağa, müasir ordu yaratmağa, beynəlxalq mövqelərini möhkəmləndirməyə imkan verdi” Analitik vurğulayıb ki, bu gün keçmişə nəzər salanda Azərbaycanın sonrakı uğurlarının əsasını 1993-cü ildə qəbul edilmiş qərarların təşkil etdiyi aydın olur “Dövlətçiliyin qorunması, iqtisadi inkişafın təmin edilməsi, beynəlxalq nüfuzunun artırılması, ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində əldə olunan nəticələr o dövrdə qoyulmuş təməlin məntiqi davamıdır Ona görə də 15 iyun sadəcə bayram deyil. Bu tarix xalqın dövlətçilik instinktinin, milli həmrəyliyinin, çətin anlarda düzgün seçim etmək bacarığının rəmzidir. Milli Qurtuluş Günü Azərbaycan tarixində dövlətin özünü qoruya bildiyi, gələcəyə inamla addımladığı, inkişaf yolunu müəyyən etdiyi gün kimi xüsusi əhəmiyyət kəsb edir “Azərbaycanın indiyədək əldə etdiyi uğurlar, həyata keçirdiyi iri layihələr, regionda tutduğu mövqe bir daha onu göstərir ki, 15 iyunda atılan addımlar təkcə o dövrün deyil, həm də gələcək nəsillərin taleyinə təsir edən strateji qərarlar olub. Ona görə də Milli Qurtuluş Günü müstəqil Azərbaycanın ən əlamətdar tarixlərindən biri olaraq qalır”, - deyə Qarayev əlavə edib

Kaynak: trend.az

Diğer Haberler