"Polşa Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir" - Səfir
Bakıda Polşa Konstitusiyasının qəbul edilməsinin 235-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib 525.az verir ki, tədbirdə hökümət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər Hər iki ölkənin Dövlət himnləri səslən

Bakıda Polşa Konstitusiyasının qəbul edilməsinin 235-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib 525.az verir ki, tədbirdə hökümət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Polşanın Azərbaycandakı səfiri Pavel Radomski Azərbaycanla münasibətlərdən söz açıb. Bildirib ki, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf edir Onun sözlərinə görə, Polşa Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir: "Uzun illər ərzində ölkələrimiz qarşılıqlı hörmət, dialoq və ümumi maraqlara əsaslanan konstruktiv əməkdaşlıq qurublar. Polşa Avropa İttifaqının (Aİ) üzvü kimi, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın artan dinamikasını məmnunluqla qeyd edir. Xüsusilə də, son vaxtlar Bakıya baş tutan çoxsaylı yüksək səviyyəli səfərlər, o cümlədən Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın bugünkü səfəri buna töhfə verir" Diplomat Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan mühüm irəliləyişləri yüksək qiymətləndirdiyini deyib: "Biz səmimi qəlbdən ümid edirik ki, bu səylər yaxın vaxtlarda bütün Cənubi Qafqazda uzunmüddətli sabitliyi təmin edəcək hərtərəfli sülh sazişinin imzalanmasına gətirib çıxaracaq. Yaxın qonşuluqda müşahidə olunan gərginlikləri nəzərə alaraq, regionun sabit və firavan gələcəyinin təmin olunmasının əsas şərti kimi Azərbaycanın balanslı və sülhsevər yanaşmasını da yüksək qiymətləndiririk" Xarici işlər nazirinin müavini Fariz Rzayev çıxışında deyib ki, polşalı mütəxəssislər Bakının memarlıq inkişafına və neft sənayesinin XIX əsrin sonu-XX əsrin əvvəllərindəki yüksəlişinə mühüm töhfələr veriblər. Bu tarixi irs bu gün də dostluğumuz üçün möhkəm bir təməl kimi xidmət edir. Əlavə edib ki, dövlət müstəqilliyimizin bərpasından sonra ölkələrimiz arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə uğurla inkişaf edir: " Qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığımız siyasi, iqtisadi və humanitar sahələrdə effektiv şəkildə davam edir. Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlıq üzrə yol xəritəsinə dair Birgə Bəyannamə” 2017-ci ildə imzalanıb. Bu sənəd münasibətlərimizin inkişafı üçün mühüm çərçivə rolunu oynayır. Bu sənədə əsaslanan əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səylərimiz davam edir” Fariz Rzayev təhsil, mədəniyyət və elm sahələrində mübadilələrin xalqlarımız arasında qarşılıqlı anlaşmanın güclənməsinə töhfə verdiyini deyərək Polşada təhsil alan azərbaycanlı tələbələrin sayının bu əməkdaşlığın aydın göstəricisi olduğunu bildirib Tədbir bədii hissə ilə davam edib


