Tenqri
Ana Səhifə
Dünya

Novxanıda yeraltı narkotik bunkeri

Abşeron rayonunun Novxanı kəndində polis əməkdaşları yüzlərlə çətənə kolu yetişdirilən yeraltı narkotik bunkerini aşkar ediblər Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilin

0 baxışhaqqin.az
Novxanıda yeraltı narkotik bunkeri
Paylaş:

Abşeron rayonunun Novxanı kəndində polis əməkdaşları yüzlərlə çətənə kolu yetişdirilən yeraltı narkotik bunkerini aşkar ediblər Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 45 yaşlı Etibar Qurbanov saxlanılıb. Onun evinə baxış zamanı bağda yeraltı bunker aşkar edilib. Polis əməkdaşları bunkerdən kultivasiya yolu ilə yetişdirilmiş 209 ədəd çətənə kolu aşkar ediblər. Onun ümumi çəkisi 11 kq-ı keçib. Bundan əlavə, 2 kq-a yaxın marixuana götürülüb. Bunker xüsusi havalandırma, işıqlandırma və istilik sistemləri ilə təchiz edilib Faktla bağlı cinayət işi açılıb. Məhkəmənin qərarı ilə Qurbanov barəsində həbs-qətimkan tədbiri seçilib

Kaynak: haqqin.az

Diğer Haberler