Tenqri
Ana Səhifə
Dünya

Niyə Bakıda və digər meqapolislərdə ucuz mənzillər kifayət qədər deyil? - ÜTT üzrə ekspert Prasun Kumar cavab verdi

Beş-səkkiz ildən sonra dünyanın digər iri şəhərlərində olduğu kimi Bakıda da daşınmaz əmlakın qiymətinin artması fonunda ucuz mənzillər getdikcə azalacaq. Bunu haqqin.az-a açıqlamasında aztəminatlı icmalar üçün innovativ mənzil həlləri yaradan BillionBricks şirkətinin baş direktoru, ÜTT-nin baş dire

0 baxışhaqqin.az
Niyə Bakıda və digər meqapolislərdə ucuz mənzillər kifayət qədər deyil? - ÜTT üzrə ekspert Prasun Kumar cavab verdi
Paylaş:

Beş-səkkiz ildən sonra dünyanın digər iri şəhərlərində olduğu kimi Bakıda da daşınmaz əmlakın qiymətinin artması fonunda ucuz mənzillər getdikcə azalacaq. Bunu haqqin.az-a açıqlamasında aztəminatlı icmalar üçün innovativ mənzil həlləri yaradan BillionBricks şirkətinin baş direktoru, ÜTT-nin baş direktoru yanında biznes-məsləhət qrupunun eksperti Prasun Kumar deyib Onun sözlərinə görə, "şəhərlərdə ucuz mənzillərin əsas problemi maliyyələşmədir. Bu məsələ şəhərlərdə torpağın baha olması ilə bağlıdır. Fakt budur ki, şəhərlərdə torpaqlar əsasən şəxsi mülkiyyətdədir və ucuz mənzil tikintisi üçün torpaq sahəsi əldə etmək demək olar ki, mümkün deyil" Mütəxəssis bunu “ümumiyyətlə sərfəli mənzildən danışmaq istəyiriksə, həll edilməli olan əsas problem” adlandırır. Onun sözlərinə görə, bu gün yeni tikinti materiallarından istifadə etməklə evlərin tikintisinin maya dəyərini azaltmaq üçün innovativ həll yolları yoxdur: "Ev tikmək üçün yeni texnologiyalar və materiallar var, lakin onlar bahadır. İnnovativ tikinti materiallarından kütləvi istifadə bütün dünyada yalnız daşınmaz əmlakın və mənzillərin qiymətini artıracaq. Eyni zamanda, mənzilə çıxışı olmayan insanların problemi daha da kəskinləşəcək" Onun fikrincə, sərfəli mənzil həm də mənzil tikintisinin maliyyələşdirilməsi və torpağın alınması ilə bağlı olan emosional məsələdir "Mənzilin daha münasib olması üçün üç əsas amil var. Birincisi, torpağın dəyərinin azalmasıdır. Hökumətin müdaxiləsi ilə buna asanlıqla nail olmaq olar. İkincisi, qarışıq maliyyələşdirmə, xeyriyyəçilik və ya hökumət uzunmüddətli maliyyələşdirmənin bir hissəsini öz üzərinə götürməsi yolu ilə mənzil qiymətlərinin aşağı salınmasıdır. Üçüncüsü isə insanlar üçün ipoteka faizlərinin aşağı salınmasıdır. Düşünürəm ki, bu üç amil mənzilin qiymətini azaldacaq və inanıram ki, bu üç amil mənzilin ucuzlaşmasına kömək edəcək" Ekspert müxtəlif gəlir səviyyələri, yaşları və fiziki imkanları olan insanların özlərini rahat və təhlükəsiz hiss edə biləcəyi inklüziv şəhər mühitinin yaradılmasının zəruriliyini unutmamağa çağırır: “Bu, düşünülmüş şəhərsalma, əlçatan infrastruktur və əhalinin həssas qruplarını dəstəkləmək üçün proqramlar tələb edir” Yaxın 5-10 ildə şəhərlərin inkişafını proqnozlaşdıran ekspert, şəhərlərin daha da “yaşıllaşması”, yəni daha çox ağacların, parkların və ictimai yerlərin olacağı tendensiyanın davam edəcəyini qeyd edib Mobillik sahəsində də ciddi dəyişikliklər olacaq: “İctimai nəqliyyat və mikromobillik infrastrukturu intensiv inkişaf etdiriləcək, şəhər küçələrində avtomobillərin sayı azalacaq” Prasoon Kumar qeyd edib ki, sürücüsüz avtomobillər dövrü gəlir və bu, nəqliyyat sisteminin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq: "Evdən işləməyin populyarlığının artması ilə həm də ofis sahəsinə ehtiyacın azaldılması istiqamətində dəyişiklik olacaq. Əks halda, yaxın 5-10 il ərzində şəhərlərdə ciddi dəyişikliklər olmayacaq."

Kaynak: haqqin.az

Diğer Haberler