İçdiyimiz suyun pulunu niyə ödəməliyik? Bu pul nəyə gedir?
İçdiyimiz suyun pulunu niyə ödəməliyik? Bu pul nəyə gedir? Bu suallara Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyi cavab verib: İçməli su tarifinin ödənilməsi vacibdir, çünki: 1.Nasoslar, borular, elektrik və təmir işləri xərc tələb edir. Suya görə ödəniş olmasa, sistemin saxlanması üçün kifayət qədə

İçdiyimiz suyun pulunu niyə ödəməliyik? Bu pul nəyə gedir? Bu suallara Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyi cavab verib: İçməli su tarifinin ödənilməsi vacibdir, çünki: 1.Nasoslar, borular, elektrik və təmir işləri xərc tələb edir. Suya görə ödəniş olmasa, sistemin saxlanması üçün kifayət qədər vəsait olmayacaq və suyun verilməsi dayana bilər 2. Suyun keyfiyyətini yoxlamaq, onu təmizləmək və sistemin vəziyyətinə nəzarət etmək lazımdır. Bu işlər də maliyyə tələb edir 3.Sazlıqların vaxtında aradan qaldırılması üçün. Borular köhnəlir və nasoslar sıradan çıxır. Tariflər sayəsində qəzaları tez bir zamanda aradan qaldırmaq, kəndin susuz qalması halının qarşısını almaq mümkündür Tarif sadəcə su ödənişi deyil, kəndin daim təmiz su ilə təmin olunması və sistemin fasiləsiz işləməsi üçün ödənişdir Tarif necə hesablanır? İçməli suyun tarifi özbaşına müəyyən edilmir. Nazirlər Kabinetinin 320 nömrəli qərarı ilə təsdiq edilmiş metodologiyaya əsasən hesablanır Tarif təyin edilərkən su təchizatı şirkətinin bütün xərcləri nəzərə alınır: İçməli suyun tarifləri dövlət nəzarəti altındadır: Yalnız xərclərin tam ödənilməsi ilə etibarlı su təchizatı, keyfiyyətli xidmətlər və uzunmüddətli infrastrukturun inkişafı təmin edilə bilər


