PMI rəsmisi: Azərbaycan innovasiya və insan kapitalına əsaslanan iqtisadiyyat qurur
Azərbaycan süni intellekt, rəqəmsal innovasiyalar və insan kapitalının inkişafını iqtisadi transformasiyanın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib AZƏRTAC xəbər verir ki, bu fikri PMI şirkətinin MDB ölkələri üzrə Xarici Əlaqələr Direktoru Aleksey Kim Bakıda keçirilən “TECHNOVATION: Davam

Azərbaycan süni intellekt, rəqəmsal innovasiyalar və insan kapitalının inkişafını iqtisadi transformasiyanın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib AZƏRTAC xəbər verir ki, bu fikri PMI şirkətinin MDB ölkələri üzrə Xarici Əlaqələr Direktoru Aleksey Kim Bakıda keçirilən “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransında çıxışı zamanı deyib O bildirib ki, ölkədə innovasiyaların təşviqi, rəqəmsallaşma və yeni texnologiyaların tətbiqi iqtisadi inkişafın mühüm hərəkətverici qüvvəsinə çevrilir A.Kim qeyd edib ki, innovativ iqtisadiyyatın formalaşdırılmasında əsas rol insan kapitalına məxsusdur. Onun sözlərinə görə, alimlər, tədqiqatçılar, dövlət qurumları və biznes nümayəndələri arasında əməkdaşlıq yeni ideyaların praktiki nəticələrə çevrilməsinə imkan yaradır “Azərbaycanın inkişaf strategiyasında süni intellekt və rəqəmsal innovasiyalar mühüm yer tutur. Bu yanaşma ölkəyə yeni imkanlar açır və uzunmüddətli iqtisadi tərəqqi üçün zəmin yaradır”, – deyə o vurğulayıb PMI rəsmisi bildirib ki, elmi əməkdaşlığın genişləndirilməsi və qərarların faktlara əsaslanması innovasiya ekosisteminin inkişafı üçün vacib şərtlərdir: “Bu baxımdan dövlət, elm və biznes arasında tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır. Korporativ transformasiya ilə iqtisadi transformasiya bir-birini tamamlayan proseslərdir. Şəffaf tənzimləmə mexanizmləri, müasir standartlar və innovasiyaların təşviqi həm biznesin, həm də bütövlükdə iqtisadiyyatın dayanıqlı inkişafına xidmət edir” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


