PMI: Azərbaycanda əhalinin 20%-i siqaret istifadə edir və bunun azalma potensialı var
Hazırda dünyada 43,5 milyon insan ənənəvi siqaretdən imtina edərək alternativ tütün məhsullarına keçib "APA-Economics" xəbər verir ki, bunu Philip Morris International (PMI) şirkətinin elmi əməkdaşlıq üzrə direktoru Tomoko İida Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya namin

Hazırda dünyada 43,5 milyon insan ənənəvi siqaretdən imtina edərək alternativ tütün məhsullarına keçib "APA-Economics" xəbər verir ki, bunu Philip Morris International (PMI) şirkətinin elmi əməkdaşlıq üzrə direktoru Tomoko İida Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" tədbirində deyib Onun sözlərinə görə, şirkətin ənənəvi siqaretlərdən alternativ məhsullara keçid strategiyası artıq real nəticələr verir və bu proses geri dönməz xarakter alıb T. İida bildirib ki, alternativ məhsullardan istifadə hazırda 108 ölkədə yayılıb O qeyd edib ki, PMI-nin məqsədi 2030-cu ilədək şirkətin xalis gəlirlərinin üçdə ikisinin ənənəvi siqaretlərə alternativ məhsullardan formalaşmasını təmin etməkdir. Hazırda bu göstərici 43% təşkil edir PMI rəsmisinin sözlərinə görə, alternativ məhsulların tətbiqi bəzi ölkələrdə siqaretçəkmə səviyyəsinin azalmasına da təsir göstərib "Yaponiyada alternativ məhsulların bazara çıxarıldığı 2015-ci ildə siqaret çəkənlərin payı 20% idi. On il sonra bu göstərici 10%-ə enib", - deyə T. İida vurğulayıb O əlavə edib ki, hazırda Azərbaycanda da siqaret çəkənlərin payı təxminən 20% təşkil edir və gələcəkdə bu göstəricinin azalması üçün potensial mövcuddur


