Platinum Wolf – 2026: Böyük Müşahidəçi Günü - FOTO
Serbiyanın Buyanovaç şəhəri yaxınlığında Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Platinum Wolf - 2026” beynəlxalq taktiki təlimi zamanı Yüksək rütbəli Müşahidəçi Günü keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Tədbirdə Azərbaycanın müdafiə naziri ge

Serbiyanın Buyanovaç şəhəri yaxınlığında Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Platinum Wolf - 2026” beynəlxalq taktiki təlimi zamanı Yüksək rütbəli Müşahidəçi Günü keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Tədbirdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və onun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də təlimlərdə iştirak edən digər ölkələrdən yüksək rütbəli qonaqlar iştirak ediblər Əvvəlcə qonaqlara beynəlxalq taktiki təlimlərin gedişi, qarşıda duran vəzifələr və mərhələlər barədə məlumat verilib, daha sonra poliqonda müxtəlif epizodlar praktiki məşq edilib Komanda məntəqəsindən təlimi izləyən rəsmi nümayəndələr Azərbaycan hərbçilərinin peşəkarlığını yüksək qiymətləndiriblər. Sonda məşq zamanı fərqlənənlərə mükafatlar təqdim olunub Qeyd edək ki, təcrübə mübadiləsi, sülhməramlı əməliyyatlar zamanı tərəfdaş ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı əlaqənin gücləndirilməsi və təlim səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunan təlimlərdə ABŞ, Azərbaycan, Böyük Britaniya, Bosniya və Herseqovina, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya və Yunanıstandan olan hərbi qulluqçular iştirak edir


