Amerikanın İran aktivləri ilə bağlı planları
Vaşinqton administrasiyası Fars körfəzi ölkələrindən olan müttəfiqlərə İslam respublikasının onlara vura biləcəyi zərəri kompensasiya etmək üçün İranın aktivlərinə çıxış imkanı vermək niyyətindədir. Bu barədə “Reuters” məlumat yayıb Agentlik mənbələrinin məlumatına görə, “ABŞ İranın gələcəkdə vurac

Vaşinqton administrasiyası Fars körfəzi ölkələrindən olan müttəfiqlərə İslam respublikasının onlara vura biləcəyi zərəri kompensasiya etmək üçün İranın aktivlərinə çıxış imkanı vermək niyyətindədir. Bu barədə “Reuters” məlumat yayıb Agentlik mənbələrinin məlumatına görə, “ABŞ İranın gələcəkdə vuracağı zərəri dəstəkləmək, bərpa etmək və aradan qaldırmaq üçün Fars körfəzindəki müttəfiqlərinə İran aktivlərini verəcək” Nəşrin məlumatına görə, Birləşmiş Ştatlar “artıq dəymiş ziyanı ödəmək üçün” İranın aktivlərindən istifadə imkanını da nəzərdən keçirəcək ABŞ-ın maliyyə naziri Skott Bessent ekspertlərə İranın adıçəkilən dövlətlərə vurduğu zərərin miqdarını hesablamağı tapşırıb. Söhbət İranın hansı aktivlərindən getdiyi açıqlanmır


