Pezeşkian: ABŞ və İsrail danışıqlar prosesində yenidən hücuma keçə bilər
İran prezidenti Məsud Pezeşkian və Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı zamanı regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş zamanı Pezeşkian bəyan edib ki, İran böhranların həllində həmişə diplomatiyaya üstünlük verib, lakin danışıqlar

İran prezidenti Məsud Pezeşkian və Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı zamanı regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş zamanı Pezeşkian bəyan edib ki, İran böhranların həllində həmişə diplomatiyaya üstünlük verib, lakin danışıqlar prosesi hücumların kölgəsində qalıb Pezeşkian Tehranın məsuliyyət hissi ilə hərəkət etdiyini vurğulasa da, keçmiş təcrübələrin Vaşinqton və Təl-Əvivə olan inamı məhv etdiyini deyib: "İran öz məsuliyyət hissi çərçivəsində mübahisələri dialoq və diplomatiya yolu ilə həll etmək səylərini həmişə gündəmdə saxlayıb. Lakin danışıqlar zamanı ABŞ və İsrail İrana iki dəfə hücum edib. Belə cəhdin təkrarlanması ehtimalı var" İran prezidenti bu hücumların ölkə daxilində ABŞ-a olan inamın tamamilə itməsinə səbəb olduğunu xüsusilə vurğulayıb Belarus prezidenti Aleksandr Lukaşenko regionda artan gərginliyin dünya təhlükəsizliyi və iqtisadiyyatına mənfi təsirlərindən narahatlığını bölüşüb. Mübahisələrin dialoq və danışıqlar yolu ilə həll olunacağına ümid etdiyini deyən Lukaşenko, qarşılıqlı etimad yaratmadan daimi nəticə əldə etməyin mümkün olmadığını bildirib və tərəflər arasında etimadın yaradılması üçün səylərin vacibliyini vurğulayıb Görüşün sonunda hər iki lider ikitərəfli münasibətlərin hazırkı vəziyyətini qiymətləndirib və ümumi maraqlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi və məsləhətləşmələrin gücləndirilməsi ilə bağlı razılığa gəliblər


