Tenqri
Ana Səhifə
Dünya

Azov dənizində azərbaycanlıların olduğu gəmiyə hücumun ilk görüntüləri - VİDEO

Azov dənizində pilotsuz təyyarələrin hücumuna məruz qalan gəminin ilk görüntüləri yayımlanıb Day.Az xəbər verir ki, videoda zərbənin vurduğu ziyanı görə bilərsiniz Hadisə yerindən kadrları diqqətinizə çatdırırıq: Xatırladaq ki, 2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində

0 baxışday.az
Azov dənizində azərbaycanlıların olduğu gəmiyə hücumun ilk görüntüləri - VİDEO
Paylaş:

Azov dənizində pilotsuz təyyarələrin hücumuna məruz qalan gəminin ilk görüntüləri yayımlanıb Day.Az xəbər verir ki, videoda zərbənin vurduğu ziyanı görə bilərsiniz Hadisə yerindən kadrları diqqətinizə çatdırırıq: Xatırladaq ki, 2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində dronlar taxıl yükləmək üçün Türkiyədən Rostov-na-Dona ballastla gedən iki yük gəmisinə - “Natra” və “Zirkon” motorlu gəmilərinə hücum edib. Hücumlar nəticəsində 5 nəfər həlak olub "Natra" (Beliz bayrağı) motor gəmisinin göyərtəsində 12, "Zirkon" (Pala bayrağı) motorlu gəmisinin göyərtəsində 14 nəfər olub. Onların hamısı Azərbaycan vətəndaşları olub, gəmilərdə muzdlu dənizçi kimi işə götürülüblər. Hər iki gəmi xarici bayraqlarda üzür və Azərbaycan dövlətinə heç bir aidiyyəti yoxdur. Hücumlar bir saatdan bir qədər çox fərqlə baş verib: “Natra” saat 00:45-də, “Zirkon” saat 01:55-də vurulub Sağ qalanlar faciə baş verən ərazidən keçən üç gəmi tərəfindən götürülüb. Səhərə qədər xilas edilən bütün dənizçilər Yeisk limanına aparılıb. Suda qalan zədələnmiş Natranı dartmaq üçün iki yedək gəmisi yerləşdirilib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler

Первые кадры судна с азербайджанцами, атакованного в Азовском море - ВИДЕО | Tenqri