Atəşkəs sual altındadır
İsrailin baş naziri Benyamin Netanyahu kabinet üzvlərinə deyib ki, Livanla barışıq sazişinin səsverməyə çıxarılmasının mənası yoxdur, çünki Hizbullah onun şərtlərini qəbul etmir, Ynet mənbələrinə istinadən xəbər verir "Hazırda heç bir razılaşma yoxdur. Hizbullah buna qarşıdır, bu o deməkdir ki, mə

İsrailin baş naziri Benyamin Netanyahu kabinet üzvlərinə deyib ki, Livanla barışıq sazişinin səsverməyə çıxarılmasının mənası yoxdur, çünki Hizbullah onun şərtlərini qəbul etmir, Ynet mənbələrinə istinadən xəbər verir "Hazırda heç bir razılaşma yoxdur. Hizbullah buna qarşıdır, bu o deməkdir ki, mən bunu Nazirlər Kabinetinə səsverməyə təqdim etməyəcəyəm. Əgər onlar razılaşarsa, təsdiq üçün sizə təqdim edəcəyəm", - Netanyahu bildirib Hökumətin razılığı olmadan İsrail atəşkəs sazişinin şərtlərinə əməl etməyə borclu deyil Bundan əvvəl İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə Hizbullahın hücumlarını tamamilə dayandırmaq şərti ilə atəşkəsə əməl etməyə razılaşıblar. Hizbullah danışıqlar prosesində iştirak etmədiyi üçün bu öhdəlikləri üzərinə götürməyib. İyunun 4-də qrupun lideri Naim Qassem atəşkəsin şərtləri ilə razılaşmadıqlarını və ona əməl etmək niyyətində olmadıqlarını söylədi. O, İsrail hərbçilərinin Livan ərazisindən çıxarılmasını tələb edib


