Pep Qvardiola "Mançester Siti"ni tərk edir
"Mançester Siti"nin tarixi uğurlarının memarı Pep Qvardiola mövsümün sonunda işini tərk edəcəyini açıqlayıb. Dünyaca məşhur məşqçinin qərarı futbol aləmində böyük əks-səda doğurub 2016-cı ildən "Mançester Siti"yə başçılıq edən Pep Qvardiola mövsümün sonunda İngiltərə komandası ilə vidalaşacağını a

"Mançester Siti"nin tarixi uğurlarının memarı Pep Qvardiola mövsümün sonunda işini tərk edəcəyini açıqlayıb. Dünyaca məşhur məşqçinin qərarı futbol aləmində böyük əks-səda doğurub 2016-cı ildən "Mançester Siti"yə başçılıq edən Pep Qvardiola mövsümün sonunda İngiltərə komandası ilə vidalaşacağını açıqlayıb. Uğurlu məşqçinin açıqlamaları qısa zamanda dünya futbolunun gündəminə çevrilib Pep Qvardiola ayrılma qərarının səbəbi ilə bağlı diqqətçəkən açıqlamalar verib. İspaniyalı çalışdırıcı "Ayrılmamın səbəbini soruşmayın, çünki heç bir səbəb yoxdur. Hiss edirəm ki, vaxtı çatıb. Heç nə əbədi deyil" deyib Qvardiola da açıqlamasında “Mançester Siti”yə sadiqliyini vurğulayıb. Təcrübəli məşqçi “Əbədi olan “Mançester Siti”yə olan sevgimdir” dedi "Mançester Siti"nin Qvardioladan sonrakı dövr üçün qərarını verdiyi öyrənilib. İngiltərə komandasının daha əvvəl Qvardiolanın köməkçisi olan Enzo Mareska ilə anlaşdığı bildirilib Pep Qvardiola Mançester Siti karyerasında saysız-hesabsız uğurlara imza atıb. İspaniyalı çalışdırıcı İngiltərə yığması ilə 20 kubok qazanaraq klub tarixinə düşüb Qvardiolanın ayrılma qərarı futbol dünyasında böyük sürpriz yaradıb. “Mançester Siti” azarkeşləri sosial şəbəkədə əfsanəvi məşqçi haqqında çoxlu paylaşımlar edib


