Tenqri
Ana Səhifə
Dünya

Pentaqon yanacağın bahalaşmasına görə hərbi təlimləri ləğv edir

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yanacaq qiymətlərinin kəskin artması səbəbindən bəzi hərbi təlimləri ləğv etməyə məcbur olub AZƏRTAC xəbər verir ki, ABC telekanalı bu barədə Pentaqondakı mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, vəziyyət İran ətrafında yaranmış gərginlik fonunda daha da

0 baxışazertag.az
Pentaqon yanacağın bahalaşmasına görə hərbi təlimləri ləğv edir
Paylaş:

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yanacaq qiymətlərinin kəskin artması səbəbindən bəzi hərbi təlimləri ləğv etməyə məcbur olub AZƏRTAC xəbər verir ki, ABC telekanalı bu barədə Pentaqondakı mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, vəziyyət İran ətrafında yaranmış gərginlik fonunda daha da mürəkkəbləşib. Pentaqon federal qurumlar arasında ən böyük yanacaq istehlakçısıdır və hər il 1 milyard litrdən çox dizel yanacağı, eləcə də 10 milyard litrədək aviasiya yanacağı satın alır. 2025-ci ilin oktyabrından 2026-cı ilin aprelinədək bütün yanacaq növləri üzrə orta qiymətlər təxminən 27 faiz artıb Bu il təkcə təyyarələrin, tankların və digər hərbi texnikanın yanacaqla təmin olunması üçün əlavə xərclərin azı 1 milyard dolları ötəcəyi gözlənilir. Yanacağın bahalaşması, həmçinin hərbi qulluqçuların xidmət və təlim yerlərinə səfərləri ilə bağlı kompensasiya xərclərinin də artmasına səbəb olub. Bəzi hərbi hissələr aprel ayından təlimməqsədli səfərləri əhəmiyyətli dərəcədə azaldıb və ya tamamilə dayandırıb Eyni zamanda, İranla bağlı hərbi əməliyyatlar fonunda Pentaqonun Konqresdən müdafiə ehtiyacları üçün əlavə 100-200 milyard dollarlıq maliyyə vəsaiti istəyəcəyi gözlənilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler