Pentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb
ABŞ-nin Müharibə Nazirliyi uçan naməlum obyektlər - anomal hadisələr haqqında üçüncü dəfə məxfilikdən çıxarılan materialları yayımlayıb "Report"un məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell açıqlama verib "Müharibə Nazirliyi üçüncü dəfə naməlum anomal hadisələr haqqında məxfi

ABŞ-nin Müharibə Nazirliyi uçan naməlum obyektlər - anomal hadisələr haqqında üçüncü dəfə məxfilikdən çıxarılan materialları yayımlayıb "Report"un məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell açıqlama verib "Müharibə Nazirliyi üçüncü dəfə naməlum anomal hadisələr haqqında məxfilikdən çıxarılan və tarixi sənədləri yayımlayır. Kolleksiya WAR.GOV/UFO veb saytındadır və nazirlik davamlı olaraq əlavə sənədləri yayımlayacaq", - o qeyd edib Parnellin sözlərinə görə, portalın 8 may 2026-cı ildə istifadəyə verilməsindən bəri, dünya üzrə 1,7 milyarddan çox ziyarətçi qeydə alınıb Əvvəlki sənədlər kimi, bu materiallarda da UNO məlumatlarının yerdən kənar həyatın mövcudluğuna işarə edib-etmədiyi barədə nəticə çıxarılmayıb. Həmçinin, ABŞ hakimiyyət orqanlarının bu hadisələri milli təhlükəsizliyə təhdid hesab edib-etmədiyi də göstərilməyib Əvvəllər məxfi saxlanılan materialların açıqlanması üzrə qurumlararası layihədə Ağ Ev, Milli Kəşfiyyat Direktorunun İdarəsi, ABŞ Energetika Nazirliyi, FTB, NASA və digər orqanlar iştirak edirlər Pentaqonda vurğulanıb ki, açıqlanma ABŞ Prezidenti Donald Trampın naməlum anomal hadisələrlə bağlı hökumət materiallarının məxfiliyinin açılması ilə bağlı sərəncamına uyğun olaraq, şəffaflığı maksimum təmin etmək məqsədilə həyata keçirilir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

Media: ABŞ memorandum imzaladıqdan sonra İrana neft satmağa icazə verəcək

ABŞ-ın qüdrətli adları gizli cəmiyyətdə görüşüb, təfərrüatları açıqlanıb: “Nüvə silahını geri qaytarın”, “Start a Cult” mövzulu görüşlər, matchmaking xidmətləri... | T24
