Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır
ABŞ qoşunları Almaniyadan tələsik çıxarılmayacaq, lakin Avropa ölkələri öz təhlükəsizliklərinin təmin olunmasında daha böyük məsuliyyət daşımalıdırlar AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin müşaviri Erik Qeressi Almaniyanın “Süddeutsche Zeitung” və “Handelsblatt” qəzetlərinə müsahibə

ABŞ qoşunları Almaniyadan tələsik çıxarılmayacaq, lakin Avropa ölkələri öz təhlükəsizliklərinin təmin olunmasında daha böyük məsuliyyət daşımalıdırlar AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin müşaviri Erik Qeressi Almaniyanın “Süddeutsche Zeitung” və “Handelsblatt” qəzetlərinə müsahibəsində bildirib “Qoşunların çıxarılması ilə bağlı bütün variantlar və ssenarilər hazırda nəzərdən keçirilir”, – deyən Qeressi əlavə edib ki, yekun qərar ABŞ Prezidenti Donald Trampa məxsusdur “Heç nə tələsik edilməyəcək, heç bir məsələyə səthi yanaşılmayacaq”, – deyə o vurğulayıb Qeressi, həmçinin ABŞ-nin müdafiə naziri Pit Heqsetin fikirlərini xatırladaraq bildirib ki, Avropanın təhlükəsizlik məsələlərində əsasən Amerika vergiödəyicilərinə və ABŞ-nin hərbi gücünə arxalandığı dövr artıq dəyişməkdədir “Avropa inkişaf edir və böyük imkanlara malikdir. Müttəfiqlərimiz öz müdafiələrinin təmin olunmasında daha böyük məsuliyyət daşımalıdırlar”, – deyə Pentaqon rəsmisi qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


