Pentaqon: ABŞ hərbi hava bazaları dron hücumlarından hələ də tam qorunmayıb
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ölkənin kontinental hissəsində yerləşən bazalarda kamikadze pilotsuz uçuş aparatlarının mümkün hücumları qarşısında hələ də kifayət qədər qorunmur APA xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin naziri Troy Meynk Konqresin Senatda keçirilən dinləməl

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ölkənin kontinental hissəsində yerləşən bazalarda kamikadze pilotsuz uçuş aparatlarının mümkün hücumları qarşısında hələ də kifayət qədər qorunmur APA xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin naziri Troy Meynk Konqresin Senatda keçirilən dinləmələr zamanı bildirib “Bu, ən ciddi təhdidlərdən biridir. Xüsusilə də ABŞ-ın kontinental hissəsində yerləşən bazalarda. Biz indiyədək həmin məkanları aviasiya üçün təhlükəsiz sığınacaq hesab etmişik və onların pilotsuz uçuş aparatlarından müdafiəsi istiqamətində çox iş görməmişik. Lakin vəziyyət sürətlə dəyişir”, - deyə Meynk vurğulayıb Nazirin sözlərinə görə, hazırda ABŞ Hərbi Hava Qüvvələri prioritet bazaların müəyyənləşdirilməsi və onların müdafiəsinin gücləndirilməsi üzərində işləyir “Biz prioritet bazaları seçmək prosesindəyik və yaxın perspektivdə diqqət yetirdiyimiz təxminən 14 bazada müvafiq avadanlıqların yerləşdirilməsinə başlayırıq. Bu tədbirlər bazanın ətrafında nəzarəti təmin etmək üçün komandanlıq, idarəetmə və monitorinq sistemlərini, eləcə də müxtəlif silah növlərini əhatə edir. Buraya kinetik, qeyri-kinetik və yönəldilmiş enerji əsasında fəaliyyət göstərən silah sistemləri daxildir”, - deyə ABŞ Hərbi Hava Qüvvələrinin naziri bildirib


