Pentaqon 51 yeni məxfiliyi silinmiş UFO videosunu yayımladı Caliber.Az
ABŞ Müdafiə Nazirliyi UFO-larla bağlı yeni məxfi sənədlər toplusunu dərc edib Bu barədə CBS News xəbər verir Mayın 22-də Pentaqonun saytında 64 yeni məxfiliyi silinmiş fayl peyda olub. Onların arasında 51 video, 7 audio fayl və 6 mətn sənədi var. Xüsusilə, hərbi idarə 2023-cü ildə ABŞ Hərbi Hava Q

ABŞ Müdafiə Nazirliyi UFO-larla bağlı yeni məxfi sənədlər toplusunu dərc edib Bu barədə CBS News xəbər verir Mayın 22-də Pentaqonun saytında 64 yeni məxfiliyi silinmiş fayl peyda olub. Onların arasında 51 video, 7 audio fayl və 6 mətn sənədi var. Xüsusilə, hərbi idarə 2023-cü ildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısının Miçiqan ştatındakı Huron gölü üzərində naməlum obyekti vurduğu videonu yayıb. Hadisə Amerika hava məkanında Çin hava şarının vurulmasından qısa müddət sonra baş verib. Miçiqanda naməlum obyektlə baş verən insidentdən sonra media bunun bir qrup həvəskar tərəfindən atılan isti hava şarı olduğunu bildirdi Yayımlanan videoların çoxu 2018-2023-cü illər arasında Fars körfəzi üzərində ABŞ Hərbi Hava Qüvvələrinin pilotları və hərbi dronları tərəfindən lentə alınıb. Xüsusilə, Pentaqon Amerika sualtı qayığının yanında okeanın səthi üzərində hərəkət edən və vaxtaşırı suyun altına düşən bir neçə sferik obyektin əks olunduğu video yayımlayıb Mətn sənədləri arasında 2025-ci ildə helikopterdən bir qrup UFO gördüyünü deyən “baş kəşfiyyatçı”nın ifadəsi diqqəti çəkir. "Biz uzaqda dağ zirvəsi fonunda hər tərəfə fırlanan və səpələnən çoxlu narıncı toplar gördük. Tamaşa bir neçə dəqiqə davam etdi və sonra tədricən yox oldu", - kəşfiyyatçı ifadəsində bildirib. Daha sonra onun sözlərinə görə, helikopterin yanında iki oval narıncı top peyda olub Eyni zamanda Pentaqon qeyd edib ki, yayımlanan bir çox videoların mənbələri və çəkiliş tarixləri dəqiq məlum deyil


