Tenqri
Ana Səhifə
Dünya

Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar

Diplomatlara pensiyaya çıxarkən ya son 24 ayda, ya da istənilən ardıcıl 60 ayda aldıqları orta aylıq maaş əsasında hesablanan məbləğin 6 misli həcmində birdəfəlik ödəniş veriləcək Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bu gün k

0 baxışmodern.az
Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
Paylaş:

Diplomatlara pensiyaya çıxarkən ya son 24 ayda, ya da istənilən ardıcıl 60 ayda aldıqları orta aylıq maaş əsasında hesablanan məbləğin 6 misli həcmində birdəfəlik ödəniş veriləcək Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bu gün keçirilən iclasında müzakirə edilən “Diplomatik xidmət haqqında” layihədə əksini tapıb. Layihəyə əsasən, diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinin strukturu yenidən müəyyənləşdirilir. Belə ki, maaşa aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə haqq, təmsilçiliyə görə əlavə haqq, eləcə də artıq iş vaxtına görə ödəniş daxil ediləcək. Bundan başqa, əmək şəraitinin ağırlığı və iqlim şəraiti ilə bağlı əlavələrin də tətbiqi nəzərdə tutulur Dəyişikliklərə əsasən, diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşları və əlavələri “Dövlət qulluğu haqqında” qanunun 33-4-cü maddəsində müəyyən edilən şərtlərə uyğun formalaşdırılacaq. Xidməti fəaliyyəti qiymətləndirilən vəzifələrdə çalışan əməkdaşların əməyinin ödənişi diplomatik xidmət stajı və fəaliyyət nəticələri nəzərə alınmaqla müəyyən ediləcək Layihədə qeyd olunur ki, diplomatik xidmətə qəbul prosesi başa çatana qədər diplomatik vəzifədə müvəqqəti çalışan şəxslərin aylıq maaşı həmin vəzifənin birinci ödəniş pilləsi üzrə maaşın 50 faizi həcmində müəyyən ediləcək Qanun layihəsində pensiya yaşına çatdığına görə diplomatik xidmətdən ayrılan şəxslərlə bağlı müddəalar da dəyişdirilir. Belə ki, diplomatik xidmət orqanı əməkdaşına diplomatik xidmətdə son 24 ay və ya istənilən ardıcıl gələn 60 ay üzrə orta aylıq dövlət məvacibinin 6 misli həcmində birdəfəlik haqq veriləcək. Həmin məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulacaq Eyni zamanda, diplomatik xidmətə müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılma ilə xitam verildikdə əməkdaşa orta aylıq dövlət məvacibinin 3 misli həcmində müavinət ödənilməsi nəzərdə tutulur. Hərbi xidmətdən qayıdan və 60 gün ərzində müraciət edən şəxslərin əvvəlki vəzifəyə və ya analoji vəzifəyə təyin olunması da layihədə əksini tapıb Dəyişikliklərdə diplomatik xidmət stajına daxil ediləcək dövrlərin siyahısı da genişləndirilir. Buraya məcburi işburaxma dövrü, əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət, ödənişli sosial məzuniyyətlər, beynəlxalq təşkilatlarda fəaliyyət dövrü və dövlət orqanı rəhbərlərinin qulluq illəri daxil edilir Qanun layihəsinə əsasən, dəyişikliklərin 2026-cı il yanvarın 1-dən tətbiqi nəzərdə tutulur

Kaynak: modern.az

Diğer Haberler