Pekin-Tehran xəttində yeni dövr: Müharibədən sonrakı dövr üçün “çoxölçülü” əməkdaşlıq vədi
Səfir Fəzli sosial şəbəkələrdəki şərhində Çinin İran üçün sadəcə kommersiya tərəfdaşı deyil, “yaxın dost” olduğunu vurğulayıb. Fəzlinin mesajında ən diqqət çəkən məqam onun böhran zamanlarında həmrəyliyə işarə etməsi olub: "Çinlilər İranın çətin günlərində köməyimizə gəlib, xalqımızın yanında olubl

Səfir Fəzli sosial şəbəkələrdəki şərhində Çinin İran üçün sadəcə kommersiya tərəfdaşı deyil, “yaxın dost” olduğunu vurğulayıb. Fəzlinin mesajında ən diqqət çəkən məqam onun böhran zamanlarında həmrəyliyə işarə etməsi olub: "Çinlilər İranın çətin günlərində köməyimizə gəlib, xalqımızın yanında olublar. Biz bu dəstəyi unutmayacağıq. Pekin və Tehran arasında münasibətlər müharibədən sonra daha əhatəli, dərin və çoxölçülü olacaq" İran və Çinin bu yaxınlaşması təkcə ritorika ilə məhdudlaşmır. Bu yaxınlarda İranın xarici işlər naziri Abbas Ərakçi ilə çinli həmkarı Vanq Yi arasında keçirilən görüş də bu strateji xəttin konkret addımlarını təşkil edir Atəşkəs çağırışı: Çin İrana hücumları tənqid etdi və diplomatik həll yolunu vurğuladı. Blokadaya Qarşı Alyans: Tehran ABŞ-ın rəhbərlik etdiyi dəniz blokadası və təzyiq cəhdlərinə qarşı Çin və Rusiya ilə sıralarını bağlayır. İqtisadi inteqrasiya: Müharibədən sonrakı dövrdə Çinin İranın yenidən qurulması və enerji sektorunda əsas aktor olacağı gözlənilir


