Pekin beynəlxalq avtosalonunda dünya yenilikləri təqdim olunub - FOTOREPORTAJ
Çində 19-cu Pekin Beynəlxalq Avtosalonu öz işini davam etdirir "Report"un tədbirdə iştirak edən nümayəndəsinin məlumatına görə, bu il avtosalonda avtomobil sənayesini təmsil edən mindən çox şirkət təmsil olunur Pekin Beynəlxalq Avtosalonu avtomobil sənayesinin əsas qlobal vitrinlərindən biridir. B

Çində 19-cu Pekin Beynəlxalq Avtosalonu öz işini davam etdirir "Report"un tədbirdə iştirak edən nümayəndəsinin məlumatına görə, bu il avtosalonda avtomobil sənayesini təmsil edən mindən çox şirkət təmsil olunur Pekin Beynəlxalq Avtosalonu avtomobil sənayesinin əsas qlobal vitrinlərindən biridir. Burada yaxın illər üçün tendensiyalar formalaşdırılır və sahənin texnoloji prioritetləri nümayiş etdirilir. Avtosalon ənənəvi olaraq dünyanın ən böyük istehsalçılarını bir araya gətirir və artıq çoxdan milli tədbir çərçivəsindən kənara çıxıb Burada Çinin aparıcı avtomobil konsernləri ilə yanaşı, həm də beynəlxalq brendlər təmsil olunur. Pekin Avtosalonu onların yeni bazarlara çıxış üçün mühüm platforma olaraq qalır. Sərgidə təqdim olunan modellərin yaxın illərdə seriyalı istehsalına başlanacaq və Çinin hüdudlarından kənara - Asiya, Avropa və MDB ölkələrinə ixrac olunacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


