Pəhləvi ayətullahları lazımi vəziyyətə gətirməyə çağırıb
İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İslam Respublikasına təzyiqləri davam etdirməyə çağırıb "Bu rejim mövcud olduğu müddətdə heç kimin rahat nəfəs ala biləcəyini düşünmürəm. Rejim zəiflədi, amma dağılmaq həddinə qədər deyil; sistemdə hələ də aradan qaldırılmalı və məhv edilməli olan aktiv hissə

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İslam Respublikasına təzyiqləri davam etdirməyə çağırıb "Bu rejim mövcud olduğu müddətdə heç kimin rahat nəfəs ala biləcəyini düşünmürəm. Rejim zəiflədi, amma dağılmaq həddinə qədər deyil; sistemdə hələ də aradan qaldırılmalı və məhv edilməli olan aktiv hissələr var. Rejim dağılmaq ərəfəsində olanda insanlar işləri öz əllərinə almağa hazır olacaqlar Bu koordinasiyalı kampaniya olmalıdır. Biz millət olaraq üzərimizə düşəni edəcəyik, amma kənardan dəstək lazımdır. Bu dəstək başlayıb, amma yarıda dayanmamalıdır. Rejim heç vaxt danışıqlar aparmaq niyyətində olmayıb və yəqin ki, olmayacaq da, çünki azad dünya ilə birgə yaşamaq onun DNT-sinin bir hissəsi deyil”, Pəhləvi Fox-a müsahibəsində deyib

