Tenqri
Ana Səhifə
Dünya

Milli Xərçəng Mərkəzində xəstə həkimi partlatmağa cəhd edib: Ölənlər və yaralılar var - yenilənib 19:38

Aprelin 30-da saat 14:00 radələrində Yasamal rayon prokurorluğuna Azərbaycan Milli Xərçəng Mərkəzində partlayış baş verməsi barədə məlumat daxil olub İlkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlunun adıçəkilən tibb müəssisəsinin radiologi

0 baxışhaqqin.az
Milli Xərçəng Mərkəzində xəstə həkimi partlatmağa cəhd edib: Ölənlər və yaralılar var - yenilənib 19:38
Paylaş:

Aprelin 30-da saat 14:00 radələrində Yasamal rayon prokurorluğuna Azərbaycan Milli Xərçəng Mərkəzində partlayış baş verməsi barədə məlumat daxil olub İlkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlunun adıçəkilən tibb müəssisəsinin radiologiya şöbəsində qanunsuz yolla əldə etdiyi və saxladığı partlayıcı qurğunu işə salması və bununla da həkim Asif Nəsirovu qəsdən öldürməyə cəhd etməsi barədə əsaslı şübhələr müəyyən edilib Partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən yerindəcə keçinib, ağır bədən xəsarətləri alan Asif Nəsirovun vəziyyəti hazırda ağırdır, müalicəsi xəstəxanada davam etdirilir Müvafiq hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu tibb sahəsi üzrə mütəxəssisin iştirakı ilə təxirəsalınmadan hadisə yerinə baxış keçirib Cinayətin izini əks etdirən maddi sübutlar müvafiq qaydada götürülüb; meyitin daxili və xarici müayinəsinin aparılması üçün məhkəmə-tibbi ekspertizası təyin edilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir Faktla bağlı dərhal Yasamal rayon prokurorluğunda cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb Bakının Yasamal rayonunda yerləşən Milli Xərçəng Mərkəzində partlayış baş verib haqqin.az xəbər verir ki, bu, palataların birində baş verib. Xəstə Mübariz Əliyev yerindəcə dünyasını dəyişib. Rentgen şöbəsinin birinci mərtəbəsində baş verən partlayış nəticəsində rentgenoloq Asif Nəsirli ağır xəsarət alıb Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır

Kaynak: haqqin.az

Diğer Haberler