Çoban təsadüfən gizli bir baza tapdı
“The New York Times” İraq və regional rəsmilərə istinadən yazır ki, İsrail bir ildən artıqdır ki, İraqın qərbindəki səhra ərazilərindəki ən azı iki gizli hərbi bazadan gizli şəkildə İrana qarşı əməliyyatlar üçün istifadə edir Onların sözlərinə görə, bazalardan biri 2025-ci ilin iyununda Tehrana qa

“The New York Times” İraq və regional rəsmilərə istinadən yazır ki, İsrail bir ildən artıqdır ki, İraqın qərbindəki səhra ərazilərindəki ən azı iki gizli hərbi bazadan gizli şəkildə İrana qarşı əməliyyatlar üçün istifadə edir Onların sözlərinə görə, bazalardan biri 2025-ci ilin iyununda Tehrana qarşı 12 günlük müharibə zamanı yanacaq doldurmaq, havadan dəstək və tibbi yardım üçün istifadə edilib. İsrail 2024-cü ilin sonunda gələcək münaqişələr üçün uzaq ərazilər seçərək obyektlər hazırlamağa başladı Bazalardan birinin varlığı 29 yaşlı çoban Avad əl-Şəmmarinin ölümündən sonra məlum olub. Qohumlarının və yerli hərbçilərin dediyinə görə, şəxs təsadüfən Əl Nuheyb yaxınlığında səhrada vertolyotlar, əsgərlər və uçuş zolağı olan düşərgə aşkar edib və bu barədə İraq hərbçilərinə məlumat verib Gizli bazalar haqqında məlumatların açıqlanması İraqda böyük səs-küyə səbəb olub və Bağdadın öz ərazisinə nəzarətini şübhə altına alıb. İraq parlamentariləri hakimiyyəti susmaqda və ölkənin suverenliyini pozmaqda günahlandırıb, həmçinin araşdırma aparılmasını tələb ediblər. Mənbələr iddia edir ki, ABŞ Mərkəzi Komandanlığı çox güman ki, İsrailin İraqdakı mövcudluğundan xəbərdar idi, lakin həm Vaşinqton, həm də Bağdad bu obyektlərin mövcudluğunu təsdiqləməkdən rəsmən imtina ediblər


