Astanadan Uralska gedən qatarda sərnişin ölüb
Sosial şəbəkələrdə yardımın görüntüləri yayılıb Daşıyıcının sözlərinə görə, kişi Kurort-Borovoye stansiyasının qarşısındakı 19 nömrəli vaqonda xəstələnib. Konduktor hadisə barədə qatar rəhbərinə məlumat verib, o, lokomotiv heyəti vasitəsilə təcili yardım çağırıb Sərnişinlə birlikdə gedən həyat yo

Sosial şəbəkələrdə yardımın görüntüləri yayılıb Daşıyıcının sözlərinə görə, kişi Kurort-Borovoye stansiyasının qarşısındakı 19 nömrəli vaqonda xəstələnib. Konduktor hadisə barədə qatar rəhbərinə məlumat verib, o, lokomotiv heyəti vasitəsilə təcili yardım çağırıb Sərnişinlə birlikdə gedən həyat yoldaşının sözlərinə görə, kişi ürək əməliyyatından qayıdırmış Təcili yardım briqadası saat 23:49-da Kurort-Borovoye stansiyasında qatara gəlib. Həkimlər onu müayinə edib, təzyiqini ölçüb və lazımi köməklik göstəriblər. Lakin bir müddət sonra sərnişin huşunu itirib Saat 00:30-da həkimlər adamın öldüyünü müəyyən ediblər Mərhumun meyiti məhkəmə-tibbi ekspertiza üçün Kokşetau stansiyasında qatardan çıxarılıb. Faktla bağlı dəmir yolu, polis və tibb işçilərinin nümayəndələrinin iştirakı ilə müvafiq protokol tərtib edilib. Bundan əlavə, daşıyıcı aydınlaşdırıb ki, təxirəsalınmaz tibbi-prosessual tədbirlərlə əlaqədar qatar 43 dəqiqə gecikib Bundan əvvəl Fransada istilik və elektrik enerjisinin kəsilməsi səbəbindən elektrik qatarlarında olan sərnişinlər təxliyə edilib


