Tenqri
Ana Səhifə
Dünya

Paşinyan bildirib ki, Azərbaycanla əməkdaşlıq faydalıdır

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə iqtisadi artımı Azərbaycanla dialoqla əlaqələndirib "Biz iqtisadi inkişafın tamamilə yeni mərhələsinə qədəm qoyuruq və bu, Ermənistan və Azərbaycan arasında yaradılmış sülh prosesi ilə bağlıdır. Biz yaxın gələcəkdə, ilk növbədə, böyük əhəmiyyət kəsb edə

0 baxışhaqqin.az
Paşinyan bildirib ki, Azərbaycanla əməkdaşlıq faydalıdır
Paylaş:

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə iqtisadi artımı Azərbaycanla dialoqla əlaqələndirib "Biz iqtisadi inkişafın tamamilə yeni mərhələsinə qədəm qoyuruq və bu, Ermənistan və Azərbaycan arasında yaradılmış sülh prosesi ilə bağlıdır. Biz yaxın gələcəkdə, ilk növbədə, böyük əhəmiyyət kəsb edən TRIPP layihəsinin işə salınması ilə bağlı mühüm hadisələr gözləyirik..." Paşinyan Ermənistanda iri işəgötürənlərin nümayəndələri ilə görüşdə deyib Baş nazirin sözlərinə görə, dəmir yolu ilə də ixrac, təbii ki, Gürcüstan ərazisindən də mümkündür "Siyasi razılaşma ondan ibarətdir ki, bu dəmir yolu heç vaxt bağlanmayacaq, yəni həm idxal, həm də ixrac üçün etibarlı marşrutdur. Amma mən başa düşdüyümə görə, biz hələ də dəmir yolundan xüsusi olaraq ixrac üçün istifadə etmirik, çünki 30 illik logistika zəncirləri işləyir və məntiqi budur ki, onları transformasiya etmək üçün birincisi, inam lazımdır, insanlar nə deyildiyini başa düşməlidirlər, çünki tədarükün nə qədər davamlı və etibarlı olduğunu, ikincisi, zəncirləmənin nə qədər davamlı olduğunu, ikincisi, zəncirinin nə qədər etibarlı olduğunu başa düşmək lazımdır. Yük maşınının məntiqi ilə düşünün, vaqon məntiqi ilə isə tamam başqa”, - Paşinyan bildirib

Kaynak: haqqin.az

Diğer Haberler