Tenqri
Ana Səhifə
Dünya

Paşinyan Azərbaycanla sərhədin delimitasiyası haqqında

Ermənistanla Azərbaycan arasında sərhəd 1991-ci il Almatı bəyannaməsi əsasında delimitasiya ediləcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən deyib Paşinyanın sözlərinə görə, hüquqi nöqteyi-nəzərdən məsələ öz həllini tapıb, çünki 2024-cü ildə hər iki

0 baxışhaqqin.az
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası haqqında
Paylaş:

Ermənistanla Azərbaycan arasında sərhəd 1991-ci il Almatı bəyannaməsi əsasında delimitasiya ediləcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən deyib Paşinyanın sözlərinə görə, hüquqi nöqteyi-nəzərdən məsələ öz həllini tapıb, çünki 2024-cü ildə hər iki ölkə Almatı bəyannaməsi əsasında sərhədlərin delimitasiyası komissiyalarının birgə işi haqqında reqlamenti ratifikasiya edib Bəyannaməyə əsasən, SSRİ-nin keçmiş ittifaq respublikalarının inzibati sərhədləri MDB ölkələrinin dövlət sərhədləri oldu. Ermənistan və Azərbaycan bu sənədi ratifikasiya edərək ona qanun qüvvəsi verib "Ona görə də məsələ bu şəkildə həll edilməlidir və olacaq və buna heç bir şübhə yoxdur. Delimitasiya prosesi zamanı tərəflər qarşılıqlı məqbul həllər, o cümlədən sərhəd xəttinə fərdi dəyişikliklərlə bağlı həll yolları tapsalar, bütün bunlar mümkün qədər şəffaf şəkildə ictimaiyyətə təqdim olunacaq", - Paşinyan bildirib O, həmçinin delimitasiya prosesinin mərhələli şəkildə - şimaldan cənuba, Ermənistan-Azərbaycan sərhədinin Gürcüstanla qovşağından İranla sərhədə qədər aparılacağını təsdiqləyib. Onun sözlərinə görə, ayrı-ayrı bölmələr təsdiq edildikdən sonra sərhədin demarkasiyası istiqamətində müvafiq işlər aparılacaq Bundan əvvəl Paşinyan həmçinin bəyan etmişdi ki, zərurət yaranarsa, beynəlxalq əhəmiyyətli kommunikasiyaların daxil olduğu Tramp Marşrutu Layihəsinin (TRIPP) keçməli olduğu sərhədin cənub hissəsi prioritet kimi müəyyən edilə bilər

Kaynak: haqqin.az

Diğer Haberler