Paşinyan: Azərbaycanla Ermənistan arasında münaqişə
Ermənistanla Azərbaycan arasında münaqişə başa çatıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyanın iclasında 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatın təsdiqi məsələsinin müzakirəsi zamanı deyib “Və 2026-cı il seçkiləri nəticəsində Ermənistan xalqı sülhü müdafiə

Ermənistanla Azərbaycan arasında münaqişə başa çatıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyanın iclasında 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatın təsdiqi məsələsinin müzakirəsi zamanı deyib “Və 2026-cı il seçkiləri nəticəsində Ermənistan xalqı sülhü müdafiə etmək üçün ayağa qalxdı”, - hökumət başçısı qeyd edib. Paşinyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması artıq iqtisadi inkişafa yeni təkan verib. "İnsanlar iqtisadi artımı gündəlik həyatlarında görməlidirlər. Bu səbəbdən mən Ermənistanda pensiyaları artırmaq qərarına gəldim", - baş nazir əlavə edib


