Paşinyan: “Xalq nə qərar verərsə, mən də onu edəcəyəm...”
Ermənistanın baş naziri, Vətəndaş Müqaviləsi Partiyasının sədri Nikol Paşinyan əmindir ki, Ermənistan vətəndaşları “seçkilərdə qalib gələcək” və demokratiyanın gücləndirilməsi “bölgədə sülh və əməkdaşlığa töhfə verəcək” Ermənistan KİV-i xəbər verir ki, jurnalistlərlə keçirdiyi brifinqdə Paşinyan ə

Ermənistanın baş naziri, Vətəndaş Müqaviləsi Partiyasının sədri Nikol Paşinyan əmindir ki, Ermənistan vətəndaşları “seçkilərdə qalib gələcək” və demokratiyanın gücləndirilməsi “bölgədə sülh və əməkdaşlığa töhfə verəcək” Ermənistan KİV-i xəbər verir ki, jurnalistlərlə keçirdiyi brifinqdə Paşinyan əmin olduğunu bildirib ki, "xalq qalib gələcək. Bu, şəxsi məsələ deyil. Mən Ermənistan vətəndaşlarının qalib gələcəyini gözləyirəm... Xalq nə qərar verirsə, mən də onu edəcəyəm..." Seçkilərin region üçün mümkün nəticələrinə toxunan Ermənistanın baş naziri deyib ki, "demokratiya həmişə regional və beynəlxalq əməkdaşlığın xeyrinə işləyir. Və əlbəttə ki, demokratiya regional sülh üçün mühüm vasitədir" "İndi bizim Azərbaycanla barışıq var. Bilirsiniz ki, bizim Gürcüstanla çox dərin və qardaşlıq münasibətlərimiz var. Və təbii ki, mən Türkiyə ilə münasibətlərin normallaşmasını və diplomatik münasibətlərin qurulmasını gözləyirəm", - baş nazir bildirib Paşinyan yaxın vaxtlarda Türkiyə ilə sərhədin, dəmir yolu və avtomobil yollarının açılacağına əmin olduğunu bildirib Paşinyan onu da bildirib ki, Aİİ və Aİ arasında seçimlə bağlı referendum “referendumun predmeti olan zaman keçiriləcək”: “Bunun üçün Ermənistan Aİ-yə üzvlük üçün rəsmi müraciət etməlidir, yaxud namizəd statusu olmalıdır. Hazırda nə biri var, nə də digəri” Ermənistanın baş naziri deyib ki, “Aİİ-dəki həmkarlar məsələyə bir az taktiki cəhətdən yanlış yanaşırlar”: “Ölkəmizdə Aİİ-nin cəlbediciliyini artırmaq əvəzinə, bunun əksini edirlər.Axı o zaman mən yox, insanlar qərar verəcək” Paşinyanın sözlərinə görə, Ermənistan hələlik Avropa İttifaqına üzv olmaq üçün namizəd statusuna hazır deyil: “Biz bilirik ki, bu statusa hazır deyilik, islahatlar aparmalıyıq” Ermənistanın baş naziri qeyd edib ki, İrəvan islahatları mümkün qədər tez həyata keçirməyə çalışacaq


