“PAŞA Kapital” dövlət şirkətlərinin IPO-larında iştirak etməyə hazırdır
Azərbaycanda bir sıra dövlət şirkətlərinin səhmlərinin ilkin kütləvi təklifə (İPO) çıxarılması imkanları müzakirə edilir. Müzakirədə özəlləşdirmə və ayrı-ayrı dövlət müəssisələrinin fond bazarına daxil olması məsələlərinə toxunulur Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu "PAŞA Kapital"ın baş

Azərbaycanda bir sıra dövlət şirkətlərinin səhmlərinin ilkin kütləvi təklifə (İPO) çıxarılması imkanları müzakirə edilir. Müzakirədə özəlləşdirmə və ayrı-ayrı dövlət müəssisələrinin fond bazarına daxil olması məsələlərinə toxunulur Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu "PAŞA Kapital"ın baş direktoru İsi Mustafayev 2025-ci ilin maliyyə yekunlarına həsr olunmuş mətbuat konfransında deyib Onun sözlərinə görə, AZCON holdinqinə daxil olan bir sıra müəssisələrin özəlləşdirilməsi artıq gündəmdədir. Əgər IPO prosesi başlayarsa, PAŞA Kapital onun həyata keçirilməsində iştirak etməyə və öz töhfəsini verməyə hazırdır İsi Mustafayev vurğulayıb ki, dövlət şirkətlərinin IPO-ya çıxarılması ilə bağlı yekun qərarlar müvafiq dövlət orqanları tərəfindən verilir “PAŞA Kapital”ın rəhbəri onu da qeyd edib ki, kənd təsərrüfatına sərmayənin cəlb edilməsi istiqamətində işlər aparılır. Bu məqsədlə şirkətlərlə kapital bazarları vasitəsilə alternativ maliyyələşdirmə imkanlarının genişləndirilməsinə yönəlmiş bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


