Tenqri
Ana Səhifə
İqtisadiyyat

“PAŞA Kapital” BFB-də payını artırıb

2025-ci ildə “PAŞA Kapital”ın Bakı Fond Birjasında (BFB) ticarət dövriyyəsi 44,7 milyard manat təşkil edib ki, bu da ümumi bazar dövriyyəsinin təxminən 42%-nə uyğundur Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu "PAŞA Kapital"ın baş direktoru İsi Mustafayev şirkətin 2025-ci il üzrə maliyyə göstə

0 baxışday.az
“PAŞA Kapital” BFB-də payını artırıb
Paylaş:

2025-ci ildə “PAŞA Kapital”ın Bakı Fond Birjasında (BFB) ticarət dövriyyəsi 44,7 milyard manat təşkil edib ki, bu da ümumi bazar dövriyyəsinin təxminən 42%-nə uyğundur Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu "PAŞA Kapital"ın baş direktoru İsi Mustafayev şirkətin 2025-ci il üzrə maliyyə göstəriciləri ilə bağlı keçirilən mətbuat konfransında deyib Onun sözlərinə görə, ötən il BFB-nin üzvü olan investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsi 105,7 milyard manat təşkil edib. Bunun 81,4 milyard manatı repo əməliyyatlarından, 18,7 milyard manatı dövlət istiqrazlarından, 4,2 milyard manatı Mərkəzi Bankın qiymətli kağızlarından, 1,4 milyard manatı isə korporativ istiqrazların payına düşüb İ.Mustafayev onu da qeyd edib ki, “PAŞA Kapital”ın ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 67 faiz artıb. Belə ki, 2024-cü ildə bu rəqəm 26,8 milyard manat idisə, 2025-ci ildə 44,7 milyard manata yüksəlib Baş direktor əlavə edib ki, 2025-ci ildə şirkətin dövriyyəsinin strukturu belə olub: 30,1 milyard manat - repo əməliyyatları, 12,2 milyard manat - dövlət istiqrazları, 1,7 milyard manat - Azərbaycan Mərkəzi Bankının qiymətli kağızları və 0,7 milyard manat - korporativ istiqrazlar O, həmçinin şirkətin müxtəlif bazar seqmentlərində payını artırmağa davam etdiyini vurğulayıb. 2025-ci ildə onun payı: repo bazarında 37%, dövlət istiqrazları bazarında 66%, Azərbaycan Mərkəzi Bankının qiymətli kağızlar bazarında 53% və korporativ istiqrazlar bazarında 40% olmuşdur Onun sözlərinə görə, əldə edilən nəticələr şirkətin kapital bazarlarında mövqeyinin möhkəmlənməsindən və investor fəallığının artmasından xəbər verir Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler

PASHA Kapital увеличила долю на БФБ | Tenqri