Tenqri
Ana Səhifə
İqtisadiyyat

PAŞA Bank AERA ilə güzəştli kreditləşmə haqqında müqavilə imzalayıb

PAŞA Bank enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsində daha bir mühüm addım atıb. Bank və Azərbaycan Enerji Tənzimləmə Agentliyi (AERA) arasında Enerji Səmərəliliyi Fondu tərəfindən maliyyələşdirilən güzəştli kreditlərin verilməsini nəzərdə tutan əməkdaşlıq sazişi imzalanıb Müqaviləni

0 baxıştrend.az
PAŞA Bank AERA ilə güzəştli kreditləşmə haqqında müqavilə imzalayıb
Paylaş:

PAŞA Bank enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsində daha bir mühüm addım atıb. Bank və Azərbaycan Enerji Tənzimləmə Agentliyi (AERA) arasında Enerji Səmərəliliyi Fondu tərəfindən maliyyələşdirilən güzəştli kreditlərin verilməsini nəzərdə tutan əməkdaşlıq sazişi imzalanıb Müqaviləni PAŞA Bankın İdarə Heyətinin sədr müavini və AERA-nın İdarə Heyətinin rəhbəri Samir Axundov imzalayıb Müqaviləyə əsasən, tərəflər enerji səmərəliliyi tədbirlərini təşviq etmək üçün Fond tərəfindən maliyyələşdirilən güzəştli kreditlərin verilməsində əməkdaşlıq edəcəklər. Bu çərçivədə kredit şərtləri, mühasibat uçotu prosedurları, vəsaitlərin düzgün istifadəsinə nəzarət mexanizmləri, ödəniş şərtləri və müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabat öhdəlikləri daxil olmaqla əsas aspektlər tənzimlənəcək Bəhruz Nağıyev qeyd edib ki, Fond tərəfindən maliyyələşdirilən güzəştli kreditlər enerji səmərəliliyi layihələrinin həyata keçirilməsi üçün yeni imkanlar yaradacaq. O, imzalanmış sazişin tərəflər arasında əməkdaşlığı daha da gücləndirəcəyinə əminliyini ifadə edib Samir Axundov bildirib ki, Fonddan güzəştli kreditlərin verilməsi enerji səmərəliliyi layihələrini təşviq etmək məqsədi daşıyır. O, bu sahədə artıq ölkənin aparıcı bankları ilə əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb və PAŞA Bank ilə əməkdaşlıqdan məmnunluğunu bildirib Qeyd edək ki, PAŞA Bank 2023-cü ildən BMT-nin Qlobal Sazişinin iştirakçısıdır və enerji səmərəliliyi və davamlı inkişaf təşəbbüslərini fəal şəkildə dəstəkləyir. Bankın 2024-2026-cı illər üçün Korporativ Sosial Məsuliyyət strategiyası da Dayanıqlı İnkişaf Məqsədlərinə uyğundur və “İqlim Fəaliyyəti” əsas prioritetdir. Bank bu istiqamətdə fəaliyyətini daha da genişləndirməyi hədəfləyir PAŞA Bank güzəştli kreditlər vasitəsilə enerji səmərəliliyi layihələrinə sərmayə yatırmaqla həm iqtisadi, həm də ekoloji dayanıqlığa töhfə verir, bu sahədə liderlik mövqeyini gücləndirir

Kaynak: trend.az

Diğer Haberler